"CANİLƏRİ SƏRT İNTİQAM GÖZLƏYİR!" - Xamenei Süleymaniyə görə qisas vəd etdi

General Qasım Süleymaninin ölümünə görə İran ABŞ-dan qisas alacaq. Bunu İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei bəyan edib.

Xameneyi bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin həlak olmuş komandiri general-mayor Qasım Süleymaninin qisasını alacaqlar.

“Report” “FX Street”ə istinadən xəbər verir ki, Xameneyi ölkədə üçgünlük matəm elan edib.

“Süleymani cənnətməkan oldu. Süleymanini qətlə yetirən caniləri sərt intiqam gözləyir. Süleymaninin öldürülməsi Birləşmiş Ştatlara və İsrailə qarşı müqaviməti ikiqat qızışdıracaq”, - ölkənin ali lideri bildirib.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

635x100

Şərhlər

t.ədalət 2020-01-03 11:27:42

Təpə dağdan necə qisas alar?İran sakit dayanmasa,indiyədək olan bütün imkanlarını itirəcək.İranın ABŞ-la müharibəyə cəhdi özü ağılsızlıqdan başqa bir şey deyildir.Son anda Rusiya İranın da ərazisində bir ermənistan düzüb-qoşacaq.

Son yazılar