TÜRKİYƏ ÜÇÜN "SIÇRAYIŞ İLİ" - Xarici siyasətdə əsas hücum istiqamətləri və nəticələri

«AzPolitika.info» Sami Koenin «Milliyət» qəzetində (Türkiyə) yanvarın 1-də dərc olunmuş «2019 – xarici siyasətdə «sıçrayış ili» başlıqlı məqaləsini oxuculara təqdim edir:

Bu gecəyarısı vidalaşdığımız 2019-cu ili xarici siyasət nöqteyi-nəzərindən, «sıçrayış ili» adlandırmaq olar.

Gerçəkdən, 2019-cu ildə türk diplomatiyası sıçrayış nümayiş etdirib, bölgəsel və qlobal miqyasda mühüm gedişlər edib, bunun sayəsində beynəlxalq səhnədə özünü göstərib.

Türkiyə təkcə diplomatik sferada yox, həm də hərbi sahədə sıçrayışlı addımlar atıb, «güc siyasəti» həyata keçimək üçün özünün müdafiə potensialını artırıb, həm də sözdə və əməldə onun yolunu kəsmək istəyənlərə mühüm çağırışlar edib.

«2019-cu ildə Türkiyə harada və xarici siyasətin hansı istqamətlərində hücumlar həyata keçirib?» sualına cavabı biz, aşağıdakı kimi ümumiləşdirə bilərik:

Suriya: Özünün təhlükəsizliyini və mövcudluğunu təmin etmək üçün Ankara sərhədyanı bölgələrin Milli Özünümüdafiə Dəstələrindən (YPG) təmizlənməsini prioritet hesab edib. Bütün il ərzində türk diplomatiyası bu istiqamətdə daha çox səy göstərib və Ərafat çayının şərqində hakim olan Amerika Birləşmiş Ştatlarını (ABŞ) əməkdaşlığa meylləndirib – xəbərdarlıq edib ki, əks halda günlərin birində Türkiyə Silahlı Qüvvələri bu ərazilərə girəcək. Belə güc nümayişi və qətiyyət Tramp aministrasiyasını ABŞ ordu hissələrini bu bölgdən çıxarmağa və Ankaranın YPG-yə qarşı əməliyyat aparmasına yaşıl işıq yandırmağa vadar etdi.

Bu hücum nəticəsində ABŞ hərbçiləri gerçəkdən də uzaq cənuba çəkildi və Türkiyə Silahlı Qüvvələri (SQ) Ərəfatın şərqində iştiraka nail oldu.

Şərqi Aralıq dənizi: 2019-c ildə Şərqi Aralıq dənizində vəziyyət əhəmiyyətli dərəcədə qızışdı. İlin əvvəlində Yunanıstan administrasiyasının və yunan Kiprinin Aralıq dənizində başlatdığı birtərəfli kəşfiyyat işlərinə cavab olaraq, Ankara da türk Kiprinin (Şimali Kipr Türk Cümhuriyyəti) razılığı ilə onun ərazi sularında analoji tədqiqatlara başladı. Türkiyə bu işlərə başlayarkən, əraziyə iki seysmik kəşfiyyat gəmisi göndərərkən, Türkiyə donanması da bölgədə öz gücünü nümayiş etdirdi. Türkiyəyə təzyiq göstərmək üçün Cənubi Kipr Yunanıstanla birlikdə Avropa İttifaqının (Aİ) bir sıra dəstəyinə (qərarlarına) nail oldu, hətta bölgənin bəzi ölkələri ilə alyans yaratdı.

Ankara bu hərəkətləri cavabsız qoymadı və özünün istisnasız iqtisadi zonasını elan etdi. Şərqi Aralıq dənizində digər mühüm hücumları Türkiyə ilin sonunda nümayiş etdirdi və Liviya ilə iki saziş imzaladı.

Beləliklə, ilin sonunda strateji hücum həyata keçirildi ki, bu da Şərqi Aralıq dənizində güc balansını dəyişəcək və Türkiyənin nəzarət və təsir sferasını Şimali Afrikaya qədər genişləndirəcək.

S-400 və F-35: hərbi və diplomatik sıçrayışları üçün vacib olan infrastrukturunu möhkəmlətmək məqsədilə, Türkiyə bir tərəfdən, özünün milli müdafiə sənayesini inkişaf etdirir, o biri tərəfdən isə Rusiyadan S-400 ZRK almaqla, SQ-i ən müasir silahlarla təchiz edir. Üstəlik də bunu ABŞ-ın narazılığı şəraitində həyata keçirib. Bununla əlaqədar olaraq, Türkiyənin F-35 proqramından çıxarılması ehtimalı yaranıb, ancaq bu, Ankaranın qətiyyətini heç vəchlə sarsıtmadı.

2019-cu ildə xarici siyasət sahəsində Ankara tərəfindən həyata keçirilən hücumların siyahısı bunlarla məhdudlaşmır. Siyahı o qədər uzundur ki, onu bir sütuna yerləşdirmək çətindir. Digər oxşar nümunələr sırasında Qətərlə Türkiyə arasında əməkdaşlıq barədə sazişi və Qətərdə yaradılmış baza sayəsində Fars körfəzində iştirakı, Ərdoğanın BMT-dəki çıxışını (bunun sayəsində Türkiyə prezidenti üçüncü dünyanın liderinə çevrildi), Türkiyənin NATO-dakı çıxışlarını önə çəkmək olar.

Bütün bunlar «hücum strategiyasının» tərkib hissələridir ki, Türkiyə rəhbərliyi 2019-cu il ərzində həyata keçirib – bəzi risklərə və çətinliklərə baxmayaraq…

«AzPolitika.info»-dan: Çətinliklər sırasında NATO-nun sonuncu London sammitində yaşananları önə çəkmək istərdik. Sammitqabağı yaranmış vəziyyətdə Türkiyə müəyyən şərtlər irəli sürmşdü. Məsələn, Ankara haqlı olaraq, NATO-dan tələb edirdi ki, Türkiyə-Suriya sərhədi boyunca PKK/YPG terroru ilə mübarizədə alyans müttəfq Türkiyəyə lazımi köməklik göstərsin və Türkiyənin PKK/YPG qruplaşmasına yönəlik münasibəti sammitin yekun sənədlərində öz əksini tapsın. Əks tədirdə, Ankara alyansın Polşaya və Baltikyanı ölkələrə hərbi kömək proqramını bloklayacağı ilə hədələmişdi. Sonradan, alyans rəhbərliyi Türkiyəni bu niyyətindən çəkindirmək üçün alyans üzvlərinin hamısı, o cümlədən Türkiyə üçün kömək proqramının mövcud olduğunu elan etmişdi.

O zaman, qardaş ölkənin Milli Müdafiə naziri, general Hülusi Akar təəssüf hissə ilə demişdi: «Terrorla mübarizədə bizi tək qoydular!». Həmin anda namərdlərin («madlen» ölkələri!) bu hərəkəti mənim heysiyyətimə toxunmuş, paşamın etirafı məni hədsiz dərəcədə kövrəltmişdi! Hətta o qədər kövrəlmişdim ki, özümdən asılı olmayaraq, «qardaşlıq türküsü» oxumağa başlamışdım:

Qafqazlardan əsən yellər,

Şimdi Sizə səlam söylər.

Olsun, bütün bizim ellər,

Qurban türkün bayrağına!!!

İndi bütün türk dünyası belə oxuyur: Var olsun – uca olsun türkün bayrağı!...

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Elli 2020-01-03 12:30:39

Canımız Türkiyəyə uğurlar arzulayırıq!

Son yazılar