RƏSMİ BAKIDAN SÜLEYMANİNİN QƏTLİNƏ REAKSİYA - XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. 

E.Məmmədyarov general Qasim Süleymaninin qətlə yetirilməsi ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.

635x100

Şərhlər

eloqlu 2020-01-04 23:17:31

Suleymani o vaxt Azerbaycana tepki qelirdi , xezer denizinde) tûrk shahinleri kômeyimize qeldiler .. yadiniza qelir millet ? 2000 mininci illerde)))ona rehmet dûshmûr !!!! Memmedyarovdaaaa

Son yazılar