PREZİDENT OXUYUR VƏ DİCEYLİK EDİR - Türkmənistanda Yeni il gecəsi + VİDEO

Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib.

Virtualaz.org xəbər verir ki, dekabrın 30-da Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov şəxsən dicey pultu arxasına keçib və bir saat ərzində bayram konsertinə aparıcılıq edib.

Prezident növbə ilə öz treklərini səsləndirib, eyni zamanda zaldakılara dicey qurğusunun necə işlədiyini, musiqiyə xüsusi effektlərin necə verildiyini izah edib.

Əlbətdə, bütün konsert boyu Türkmənistanın incəsənət xadimləri, xalq artistləri və yazıçıları, digər çıxış edənlər növbə ilə Arkadağa (Türkmənistanda prezidentin titullarından biri) öz minnətdarlıqlarını bildiriblər, dünyada ən sabit, ən firəvan ölkə qurduğu üçün ona təşəkkürlərini çatdırıblar. Müğənnilər isə Berdıməhəmmədovla onun müəllifi olduğu mahnıları duet oxuyublar.

Türkmənistandakı həmin Yeni il şənliyini təqdim edirik:

635x100

Şərhlər

Fərq 2020-01-05 13:08:57

Haram olsun! Belə dövlətə !Guya Dövlət rəhbərinə! Guya elitaya! Kimə lazım, nəyə lazım? Nə ağıla, nə ruha, nə cismə. Yaşasın BÖYÜK turan???

Son yazılar