İRANDA QIRMIZI MÜHARİBƏ BAYRAĞI QALDIRILDI - FOTO + VİDEO

General Qasım Süleymaninin qətlindən sonra İranın Qum şəhərində yerləşən Cemkeran Məscidinin günbəzində qırmızı bayraq qaldırılıb.  Müharibə elanı anlamına gələn qırmızı bayrağının qaldırılması dünyada böyük səs gətirib. 

Xarici KİV xəbər verir ki, qırmızı bayrağın dalğalandırılmasına İran dövləti tarixində ilk dəfədir rast gəlinir. Məlumata görə, bu İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə əlaqədardır. Tehran bu addımıyla müharibədə olduğunu elan etmiş oldu.

Bayrağın vurulduğu məscidin Şiə inancı baxımından böyük əhəmiyyəti olduğu qeyd edilib.Qeyd edək ki, Cəmkəran məsçidi Qum şəhərindən 5 kilometr məsafədə yerləşir. Yerli sakinlər məsçidi on ikinci imam Mehdinin göstərişi ilə inşa olunduğunu irəli sürür. 

Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.

AzPolitika.info

635x100

Şərhlər

vuqar 2020-01-05 16:51:34

iRANA GEDEN ADAMLAR BILIRKI OLKENIN GIRISINDE PLAKATLAR ASILIB ,YAZILIBKI ..AMERIKAYA AR OLSUN ISRAILE OLUM!.. BU SOZLERIYAZAN OLKE INDI AMERIKAYA QETI CAVAB VERMELIDIR ADEKVAT CAVAB! AMMA MEN EMINLIKLE DEYIREMKI IRANIN ..DUXU.. CATMAZ BUNA!CUNKI IRAN MOLLALARININ EN SEVDIYI METOD GIZLIN TERRORDU ONUDA EDENKIMI QACIRLAR GIRIRLER DELME DESIKLERE! BUDUR ONLARIN XISLETI.GUCLERIDE ANCAQ BIZE CATIR ... MOLLALARIN!

Son yazılar