“İSTANBUL KANALI” İDEYASI TARİXİNDƏN – Stalin boğazları əldə etmək istəyib

Hazırda Türkiyədə qızğın müzakirə mövzusu olan İstanbul kanalının yaradılması imkanları barədə ilk dəfə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğan 2011-ci ildə bəyan edib. Kanal Qara və Mərmərə dənizlərini birləşdirməlidir.

Bu layihə Rusiya üçün hansı əhəmiyyəti kəsb edir? Bu barədə «dikGAZETE»-də (Türkiyə) müəllif Fuad Səfərovun 30 dekabr (2019) tarixində dərc olunmuş məqaləsində söhbət açılır. Müəllif bu məsələ ətrafında ekspertlərin fikirlərini toplayıb. Çoxlarının ehtiyatlanmasına baxmayaraq, Rusyanın Ankaradakı səfiri öz fikirlərini söyləyib və ictimaiyyəti sakitləşdirib. 

Aktuallığını qəzərə alıb, məqaləni “AzPolitika” oxucularının diqqətinə çatdırırıq. Müəllif yazır: «Bu günlər Türkiyənin gündəliyində bir məsələ durur – “İstanbul kanalı”. Mənim dostlarımın çoxu, yoldaşlarım, Türkiyədən olan həmkarlarım məndən Rusiyanın bu məsələ ilə bağlı rəsmi mövqeyini və Rusiya KİV-nin nöqteyi-nəzərini xəbər alırlar. Mənim cavabım çox qısadır: Hələlik rəsmi bəyanat yoxdur. 

Bəzi rusiyalı ekspertlər və jurnalistlər öz fikirlərini səsləndirirlər. Baxışlar, əlbəttə, müxtəlifdir. Ancaq ümumilikdə, rusiyalı ekspertlər “İstanbul kanalı”na pozitiv münasibət bildirmirlər. Məsələn, jurnalist Kseniya Andreyevanın fikrincə, bu layihə Rusiyanın maraqları ilə əkslik təşkil edir. Bu arada, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov türkiyəli jurnalist Murat Yetkinlə söhbəti zamanı qeyd edib ki, “İstanbul kanalı”nın layihəsi Montre konvensiyasını dəyişmir. Belədə isə bu, Türkiyənin öz işidir.

Hesab edirəm ki, bu gün üçün səfirin bəyanatı Rusiya tərəfdən səsləndirilən yeganə bəyanatdır.

Bu arada, kanalın tikintisi ətrafındakı diskusiya mənə bir neçə il əvvəl dərc olunmuş tarixi araşdırmanı xatırlatdı. Azərbaycan tarixçisi, professor Cəmil Həsənlinin Türkiyə-Rusiya müşasibətləri barədə «SSRİ – Türkiyə: neytrallıqdan 1939-1953-cü illər soyuq müharibəyə» adlı monoqrafiyası olduqca maraqlı tarixi mövzuya toxunur. Arxiv sənədlərinə əsasən, sovet lideri İosif Stalin Türkiyə boğazlarını əldə etmək üçün sovet diplomatlarına fasiləsiz tapşırıqlar verib. C.Həsənli Rusiya dövlət arxivlərindəki sənədlərə istinad edərək, Stalin və o zamankı xarici işlər naziri Vyaçeslav Molotov arasında olmuş xeyli maraqlı dialoqdan yazır: «Moltov danışıb ki, son illər Stalin inadlı olub və israrla tələb edib ki, Molotov boğazların birgə idarə edilməsinə nail olsun. Molotov deyib: «Vermzlər!» Stalin isə cavab verib: «Sən tələb et»”.

1953-cü ildə SSRİ-yə başçılıq edən Nikita Xruşov Stalinin ölümündən bir neçə ay sonra, Moskva və Ankara arasında münasibətlərin normallaşmasının tərəfdarı olub. Rusiya dövlət arxivlərinin ən yeni tarix üzrə sənədlərinə istinadla Cəmil Həsənli yazır ki, Xruşov Ankara ilə münasibətlərin korlanmasına görə Stalinin tərəfdarlarını «top»a tutub. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1957-ci il tarixli plenumunda çıxış edən Xruşov Stalin komandasını tənqid edib: «Türklərlə bizim yaxın dostluq münasibətimiz var idi… Almanları əzdik. Başlar gicəlləndi. Siz, qərara aldınız ki, nota yazacaqsınız və o saat Dardaneli verəcəklər? Belə axmaqlar yoxdur… Nəticədə, biz dost Türkiyəni itirdik və indi (orada – red.) Amerikanın bazaları var - bizim cənubumuzu nişangah altında saxlayırlar. Türklər yoldaşlarımız, dostumuzdır. Kliment Voroşilov hələ də İzmirin fəxri vətəndaşıdır. Türklər hələ də bu vətəndaşlığı sıfırlamayıblar, amma bunun üçün əsas var. Götürüb xüsusi nota yazdılar – dostluğu məhv etdilər və türklərin üzünə tüpürdülər».

Bütün bunları saf-çürük etdikcə, Ərdoğanın “İstanbul kanalı” ideyasının necə böyük əhəmiyyət kəsb etdiyi bütün çılpaqlığı ilə özünü göstərir. 

Uğur olsun!

Hazırladı: Mirzə AĞ 

AzPolitika.info

635x100

Şərhlər

vuqar 2020-01-05 16:42:38

Turkden ne isteyirsense dost kimi iste qardas kimi iste!Onda oda sene qarsiliq olaraq ne desen eder.Vay o gunden ki xetrine deyesen TURKUN ! Onda deqiq emin olki ..dedenin ciragini sondurub.. ozunude atacaq ..qara deftere.. Di get bundan sonra TURKUN konlunu al-gorum nece ALIRSAN?

Elçin 2020-01-05 12:02:34

Bu mövzu ilə əlaqədar bunları oxuyun https://www.cnnturk.com/2007/dunya/12/01/stalinin.turkiyeden.toprak.talebi.belgelendi/408405.0/index.html

Son yazılar