“Vaşinqtonun tərəfini tutan hər kəs düşmən sayılacaq" - SEPAH komandanı

"Tehranın Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavabla ABŞ-ın regionda mövcudluğuna son qoyulacaq".

APA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Salami bildirib.

İranlı komandanın sözlərinə görə, SEPAH qisas alacaq: “Bu qisasın vaxtı və miqyası hələ məlum deyil”.

O qeyd edib ki, ABŞ həmişə öz səhvləri üzündən sarsıdıcı məğlubiyyətlərə düçar olub: “Vaşinqtonun tərəfini tutan hər kəs müsəlman dünyasının düşməni sayılacaq”.

SEPAH komandanı həmçinin əlavə edib ki, ABŞ-ın bölgəni tərk etməsi ilə Yaxın Şərqdə rifah, təhlükəsizlik və sabitlik hökm sürəcək.

635x100

Şərhlər

t.ədalət 2020-01-05 20:51:49

Həmişə erməni işğalçılarının tərəfini tutan İran,bəs, görəsən niyə müsəlman dünyasının düşməni sayılmır?

t.ədalət 2020-01-05 20:31:50

Biz ABŞ-ın haqlı olub-olmamasını regiondakı terror aktlarının bitəcəyindən sonra biləcəyik.

Black Bag 2020-01-05 12:46:25

Ermənistanın yanında dayanan hər kəs Azərbaycanın düşmənidir!

Black Bag 2020-01-05 12:42:21

Maraqlıdır: indiyətək İran - ABŞ "qarşıdurmasında" İran yalnız şiəliyi yaymaqla məşğuldur. Qarabağ məsələsində tutduğu mövqe hamıya məlumdur. Gördünüzmü ki- İran İslam xatirinə hansısa xristian dövləti ilə müharibə edib? Bir sözlə İslam dünyasında təfriqəçilik ABŞdan yox İrandandır. Bax budur qarşıdurmanın əsas məqsədi!

AQAYEV 2020-01-05 12:21:56

H.Salamiyə Sizin doqma qardaşınız ermənilər Trampı təbrik etdi.Siz bilmirdiz müsəlmanın MÜSƏLMANDAN başqa dostu yoxdur niyə onların sönən ocaqını yandırırdız. Azərbaycanın torpaqlarının işqalında sizin payınız rusdan az deyil.Sabah sizə bir şey olsa AZƏRBAYCAN yardım edəcək. VAXTINDA BUNU ANLAMALI İYDİNİZ.

vidadi goyce 2020-01-05 11:53:18

abs qulaginizin dibindedir,rusiyanin cibindedir,yeni ermenistandadir cenab sepah

vidadi goyce 2020-01-05 11:42:00

ermeni abs terefini tutdu di vur vartgesi akopu tiqrani sarkisi di ireli qocaq sepah.......

Son yazılar