"İRAN BUNU ETSƏ SAĞ QALACAQ, ETMƏSƏ..." - Jirinovskidən Tehrana çağırış

General Qasım Süleymaninin qətlindən sonra rusiyalı siyasətçi Vladimir Jirinovski İrana "Liviya ssenarisi"nin təkrarlanmaması üçün ərazisində Rusiya bazasının yerləşdirilməsi barədə düşünməyi təklif edib. Virtualaz.org bildirir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri öz Teleqram-kanalında yazıb.

V.Jirinovski bildirib: “Qasım Süleymaninin qətlə yetirilməsinin əsas səbəbi İran və İraq şiələri arasında nifaq salmaq və beynəlxalq ictimaiyyəti İrana növbəti zərbələr endirməyə hazırlamaqdır. Bu ölkənin parçalanması ssenarisi artıq 10 ildir hazırdır və tədricən icra edilir”.

Siyasətçinin yazdığına görə, generalın öldürülməsi bütün Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə, şiə, müsəlman və antiamerikan qüvvələrinin həmrəyliyinə səbəb olub.

"Beləliklə, ABŞ Rusiyanı 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana girməsindən sonra olduğu kimi, müsəlman dünyası ilə qarşıdurmaya cəlb etmək istəyir", - deyə Jirinovski qeyd edib.

V.Jirinovski bildirib ki, ABŞ müasir Rusiya və Çinə zərbə endirməyə, Yaxın Şərqdəki alovun qonşu bölgələrə yayılmasına çalışır və bu, nüvə silahının tətbiq olunduğu böyük müharibəyə gətirə bilər.

“Lakin biz bunun qarşısını ala bilərik. İran Rusiyaya müraciət edə bilər, biz isə tez bir zamanda Hind okeanı sahilində öz hərbi-dəniz, hərbi-hava bazalarımızı və quru qoşunlarımızı yerləşdirə bilərik. Həmçinin İran müasir hava hücumundan müdafiə sistemini almaqla öz səmasını bağlaya bilər. İran bunu etsə, sağ qalacaq, etməsə, onu Liviyanın taleyi gözləyir. Biz bunu istəmirik, əksinə müasir və effektiv özünümüdafiə tədbirləri görməyi təklif edirik”, - deyə siyasətçi əlavə edib.

635x100

Şərhlər

roma 2020-01-05 19:00:46

mende raziyam, kimki rusiyanin yanidndadir, o olkeleri amerika daqitmaqa caliscaq

Xəlil 2020-01-05 16:48:06

Çaqqal rusiya

t.ədalət 2020-01-05 13:03:25

İran Rusiyaya nə qədər çox yaxınlaşsa,bir o qədər tez Liviyanın gününə düşər.ABŞ Yaxın Şərqdə bir nəfər də olsa rus hərbiçisi qoymayacaq.Bundan sonra müsəlman ölkələrində qan tökülməsinə son qoyulacaq.Rusiyanın hərbi hissələri,ancaq və ancaq qətliamlar törədirlər.Necə ki Azərbaycanı daima qanına-qəltan edir.

Elli 2020-01-05 12:42:48

İran bu təklifi qəbul etsə Rusiya Federasiyasının subyekti olacaq, etməsə Liviyanın taleyi onu gözləyir.

Son yazılar