QASIM SÜLEYMANİNİ ÖZ ƏTRAFI SATIB – "Görünür, Tehranda casus işləyib"

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, general Qasım Süleymani Tehranın özünün sui-qəsdinin qurbanı olub. Öz mənbələrinə istinadla bu barədə «Əl-Ərəbiyyə» nəşri xəbər verib.

Generalın hərəkəti barədə yalnız onun yaxın ətrafı məlumatlı olub. Maraqlıdır ki, Amerika vertolyotları 3 saat ərzində beynəlxalq aeroportun səmasında fırlanıblar. Aydındır ki, onlar əvvəlcədən Qasım Süleymani və «Həşd-aş-Şaabi» şiə üsyançı qrupunun başçısı Əbu Mehdi əl-Mühəndisinin bir avtomobildə nə vaxt və harada birikdə gedəcəklərindən xəbərdar olublar.

«Amerikalıların bu əməliyyatı xarici müdaxilə olmadan planlaşdırdıqları ağılabatan deyil. Görünür, Tehranda casus işləyib və məlumatları ABŞ hərbi-hava qüvvələrinə ötürüb» - «Əl-Ərəbiyyə» yazır.

Buna baxmayaraq, mənbə təsdiqəyir ki, istənilən halda Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisi Bağdadda eyni avtomobildə həddindən artıq ehtiyatsız hərəkət ediblər.

Nəşr ehtimal edir ki, böyük ehtimalla, yüksək çinli hərbçilərin yeri barədə informasiyanı İsrail tərəfindən ələ alınmış casus ötürüb. Bəzi məlumatlara görə, ABŞ prezidenti Donald Tramp əvvəlcə Süleymaninin öldürülməsindən xəbərsiz olduğunu bildirib, sonradan isə etiraf edib. Bu mülahizələrdən dolayı, belə məntiqi nəticəni istisna etmək olmaz ki, general Süleymaniyə sui-qəsd əməliyyatını ABŞ hərbçiləri yox, İsrail xüsusi xidmətləri hazırlayıb, baş tutandan sonra ABŞ-ın adına çıxıb və etiraf üçün Trampı «yola gətirib».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar