XAMENEİ SÜLEYMANİNİN CƏNAZƏ NAMAZINDA AĞLADI - Fotolar + VİDEOLAR
İranın ali dini lideri Ayətullah Əli Xamenei, şəhid olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Quds” xüsusi təyinatlı dəstəsinin komandanı general Qasım Süleymani ilə vida mərasiminə rəhbərlik edir.
Namaza toplaşmış milyonlar da göz yaşları içərisində namazı qılıb. Süleymani ilə vida mərasiminə başçılıq edən Xamenei də göz yaşlarını saxlaya bilməyib.Virtualaz.org bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Cənazə namazından sonra cənazələr vidalaşmaq üçün Tehran universitetindən Azadi meydanına doğru aparılacaq.
Qeyd olunur ki, mərasimdə İran Prezidenti Həsən Ruhani də iştirak edir.
ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi ötən gecə Tehrana gətirilib.
APA-nın Tehran bürosunun məlumatına görə, onun üçün Ayətullah Xamneyinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb.
Cənazə namazından sonra Süleymanin və digərlərinin nəşi “İnqilab” meydanından Tehranın “Azadi” meydanına kimi vida yürüşü ilə Qum şəhərinə göndəriləcək. Burada vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.
Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.