ƏHMƏD ƏHMƏZADƏNİN 75 YAŞI TAMAM OLDU - Biznes imperiyasına əsasən oğlu nəzarət edir

Bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin 75 yaşı tamam olur.

Əhməd Əhmədzadə uzun müddət vəzifədə olan məmurlar kateqoriyasına aiddir. O, 26 ildir ki, eyni vəzifədədir. Bura Əhməd Əhmədzadənin müstəqillikdən əvvəlki karyerası daxil deyil.

Əhməd Əhmədzadə 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədridir.

Əhməd Əhmədzadənin rəhbərlik etdiyi müəssənin adı daha çox korrupsiya qalmaqallarında hallandırlır. Görünür, bu səbəbdəndir ki, ASC sədrinin özü də oliqarx məmur kimi tanınır. Yenisabah.az xəbər verir ki, bir neçə il əvvəl Əhməd Əhmədzadə ilə bağlı mediada tirajlanan araşdırma materialında Əhməd Əhmədzadənin “Baron” ləqəbi ilə tanındığı bildirilirdi. Qeyd edilirdi ki, bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirən Əhməd Əhmədzadə böyük bir klanın ağsaqqalına çevrilib.

Əhməd Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC monstr qurumlar sırasına aiddir. ASC ümumilikdə 120 idarədən ibarətdir.

Əhməd Əhmədzadənin biznes imperiyasına gəlincə, burada daha çox oğlu Cuma Əhmədzadə önə çıxır.

"Advisors CO.", "Proyekt", "Muğal" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin Cüma Əhmədzadəyə məxsus olduğu bildirilir. İddialara görə, o, həm də otelllər zəncirinin sahibidir.

Əhməd Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. O, 2007-2009-cu illərdə Qax rayonuna rəhbərlik edib. Hazırda Qaxın icra başçısı olan Musa Şəkiliyevin Əhməd Əhmədzadə ilə qohum olduğu deyilir. Bəzi məlumatlara görə, o, Əhməd Əhmədzadənin xalası oğludur. Onun icra başçısı təyin olunmasında “Baron”un xüsusi rolu olduğu bildirilir.

635x100

Şərhlər

Şəkiliyə 2020-02-20 12:42:38

Əhmədzadələrə elə lal əl verir də.Kar da olsa olar,lap elə dəli də olsa olar.bircə qol çəkən olsun dalısını onlar yaxşı bilirlər.

Şəkidən 2020-01-28 23:21:40

Əhmədzadənin təyin etdikləri idarə müdirləri təhlil edilsə, büdcənin necə talan olunması üzə çıxar..? Suvarma sistemləri idarəsinə lal-kar adamı( Sadəddini) müdir təyin edibdir ? Hansı hesaba, axı o danışa bilmir ?

Azərbaycanlı 2020-01-11 18:50:50

Preazident aparatı,Nazirlər Kabineti,şöbələər.məmurlar nə işlə məşğuldurlar? Ölkə hər rayonda.şəhərdə sökülür,onlar isə sanki yatıblar.Belə idarə üslubu harada görünüb (Azərbaycandan başqa) Oyanmaq vaxtı deyilmi? Ay kişi,nazirlər sökür,icra başçlıları firionluq edir,qanunlar bir qrup adama işləmir,nəzarət təyin etdikləri qohum.qardaş və rüşvət verənlərə edilmir. .Belə olurmu?

Tovuzlu 2020-01-09 17:00:15

Əhmədzadənin çiçəklənməsində böyük rolu olan Tovuzlu Falçı Fazildir.Sazla baxır.Deyilənlərə görə bir dəqiqə də olsun onun yanından çəkilmir.Dövləti Falçılar idarə edir.

Vətən oğlu 2020-01-08 21:34:32

Bu yoxlamalar Şəkidə apaılsa yaxşı olar bərbad gündədir ..... elə bilki dövlətin qanunlarını yaddan çıxarıblar özlərini padşah hesab edirlər.....

Həsən 2020-01-08 11:28:06

Gülməli ölkədə yaşayırıq.Bəs bu qanunlar kimin üçündür? Məmuru biznesmen,naziri sökür,deputatı monopolist,icra başçıları padişah,daha nələr....nələr! Bunun sonu olacaqmı? Televizordan gözəl çıxışlar.küçədə özbaşınalıq.Bir baxan varmı ki,Azərbaycanda meliorasiya nə gündədi? Əmma obyektlər.firmlar.şirkətlər,qohum-qardaşlarının vəzifələri.mal varlıqları.Biz hansı ölkədə yaşayırıq?

Eloqlu 2020-01-08 08:49:26

Bes dediler ki, bunnarin hamsin tutacuq ))) ne bilim neyniyecûk ,,, nooldu bes ? qûnnen qûne dahada ciceklenirler

Kamal 2020-01-08 00:33:34

Nə qədər işləyəsisən bəsdir də.Get istirahət elə.

Kərimbala 2020-01-07 16:26:57

Adam 30 ildir Komitənin varidatını,büdcəsini sökür,ona bir söz deyən tapılmır.Bu nə mğcüzədir?

Avtandil 2020-01-07 16:24:44

Buradan göründüyü kimi bir neçə məmur ölkəni parçalayıb mənimsəyir.......

Son yazılar