BDYP-də CİDDİ QANUN POZUNTULARI AŞKARLANIB – Rəisdən sonra növbə kimindir?

Bu gün təqaüdə göndərilən Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovun “vurulmasının” əsl səbəbi bəlli olub.

BakuPost xəbər verir ki, onun bu yüksək postdan uzaqlaşdırılması təkcə yaş senzi ilə bağlı olmayıb. Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə idarədə kompleks yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində xeyli ciddi qanun pozuntuları aşkarlanıb, maddi sübutlar götürülüb. Məsələn, aşkar olunub ki, rəisin və alay komandiri Rəşadət Babayevin otaqlarında şəhərə nəzarət edən qeyri-qanuni müşahidə kameraları var. Bu qurğuları idarə edən şəxslərin adları isə heç bir rəsmi sənəddə yoxdur.

Məlumatda bildirilir ki, yoxlamanın nəticələri yaxın günlərdə elan ediləcək. Həmin vaxt idarədə yüksək vəzifədə olan daha bir neçə nəfərin işdən uzaqlaşdırılacağı bildirilir.

Qeyd edək ki, yoxlamalar həmçinin Baş Dövlət Yol Polisi İdarəsində aparılır. İdarənin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlunun vəzifəsindən azad edilməsi bardə qərar da bu yoxlamalar vaxtı verilib.

635x100

Şərhlər

elxan 2020-01-25 00:31:48

DYP olan hər kəs bilir ki bu qurumda Ramiz Zeynalovdan ləyaqətli etibarlı və təmannasiz biri yoxdur. Tapsaydilaar coxdn onu əvəzləyərdilər.....

AQAYEV 2020-01-08 13:30:46

Onlar özbaşına bunu edə bilməzdilər.ONLARI MÜDAFİYƏ EDƏN VƏ QUCAQINDA OTURDAN ZIRPI KİMDİR.Onsuz hamı hər şeyi bilir ...

Sürücü 2020-01-07 23:29:22

Axl BDYP DİN-nə tabe idarədir.Niyə indiyə qədər baş verən hallara qarşı göz yumulub.Yalnız Nuşirəvan çıxarıldıqda bu məsələ ortaya çıxır.Bəs onlara nəzarət etməli qurum niyə belə işlərə göz yumub? təU

Ədalət 2020-01-07 23:21:58

Növbə DYP nin mafiya babasına çatıb.Vilayət məllim əsas fiqur hələdə vəzifədədir.

Son yazılar