BAKININ YOL POLİSİNƏ YENİ RƏİS TƏYİN EDİLİB

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki, bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

Bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Xatırladaq ki, ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad olunub.

635x100

Şərhlər

AQAYEV 2020-01-09 11:12:04

Bu orada müavin olubsa deməli orada baş verənlərə buda şərikdir.BUNA DEYİRLƏR ÖRT-BASDIR.

sürücü 2020-01-08 11:46:02

Mətbəx eynidir

Son yazılar