BƏŞƏRİYYƏTİ QLOBAL ACLIQ GÖZLƏYİR - Ətə əvəz tapmaq lazım gələcək?

Bəşəriyyət kütləvi aclıq astanasındadır - əhalinin sayının artımı sənayenin ət məhsulları istehsalının artırılması imkanlarını dəfələrlə üstələyir. Bu isə onu göstərir ki, bu məhsullara əvəz tapılmalıdır. Ətə alternativ bitgi mənşəli əvəzləyicilərdən yaradılmış süni ət ola bilər. Soya, GMO və noxud - yaxın gələcəyin qidasının əsas inqrediyentləri olacaq.

Ətdən imtina ediməsi əlüstü 2 problemi aradan qaldırmağa kömək edəcək: aclıq və ətraf mühitin çirkləndirilməsi. Nədən ki, atmosferə atılan zərərli tullantıların 18 faizi (planetin bütün nəqliyyatının tullantısıdan artıq) heyvandarlığın payına düşür. Heyvan ətinin («steyk» və «bekon») alternativi lap çoxdan mağazaların vitrinilərində və fasfud «burger»lərinin içərisində yer alıb, ancaq süni ətin hər yerdə yayılması perspektivi risklərlə mürəkkəbləşir.

Süni ət getdikcə daha çox populyarlıq qazanır. «Allied Market Research»-ın məlumatına görə, hər il süni ət bazarı 8,4 faiz genişlənir - 2026-cı ilə onun həcmi 8,1 milyard dollara çatacaq.

«Euromonitor»-un qiymətləndirməsinə görə, 2023-cü ilə ət əvəzləyiciləri bazarı 2,5 milyard dollar təşkil edəcək. Dünyada bir neçə şirkət var ki, onlar perspektivdə natural əti əvəz edəcək ərzaqlar işləyib hazırlayırlar. Onların arasında ən tanınmışı Amerikanın «Impossible Foods» (Silisium Dərəsi) və «Beyond Meat» (Los-Anceles) şirkətləridir.

Birinci noxud protninindən kotlet hazırlayır, inkicisi isə buğda və kartofdan əsas inqrediyentlər istehsal edir və onlara səxavətlə genləri dəyişdirilmiş soyanın «sous»unu əlavə edir. Sous dadverici rolunu oynayır. Bu məhsullara ət rəngini çuğundur verir.

Bitki kotletlərini ətə daha sağlam alternativ kimi təqdim edirlər. Belə ki, onların istehsalı heyvanların kəsilməsini tələb etmir və ətraf mühitə daha az ziyan vurur. Məsələn, «Imposible Meat» bəyan edir ki, kotlet yaradılması üçün 96 faiz az torpaqdan, 87 faiz az sudan istifadə edilir, atmosferə zərərli tullantılar isə 89 faiz azalır. Fəqət, bu rəqəmlərin məhz hansı tədqiqatlar əsasında əldə oluduğu barədə xəbər verilmir.

«Beyond Meat» israr edir ki, bitki mənşəli ət məhsulları adi ətdən faydalıdır. Xüsusilə, şirkətdə bəyan edirlər ki, adi ətdən istifadə xərçəng riskini 16 faiz, ürək xəstəlikləri riskini 21 faiz artırır. Bu məlumat əvvəlcə şirkətin səhifəsində dərc olunub, amma tezliklə silinib. Məlum olub ki, istehsalçının istinad etdiyi tədqiqat qırmızı ət üzərində yox, bekon və hot-doq nümunələri üzərində aparılıb. «Impossible Foods» əvvəlcə öz ətini elit ət adı ilə təqdim edib və bildirib ki, yalnız restoranlarda istifadə oluna bilər. Qiymətlərin enməsindən sonra belə əti digər müəssisələrdə də satmağa başlayıblar.

«Beyond Meat» daha sadə yolla gedib: əvvəlcə malın supermarketlərə, sonra isə fasfud şəbəkəsinə tədarükü təşkil olunub. Ət əvəzləyiciləri artıq ayaqüstü restoranlara da yol açıb. Məsələn, «Burger Kinq»də bitki «vopper»i satılır. Vegetarian burgerin satışı start götürdükdən sonra, restoranlara gələnlərin sayı 18 faiz artıb.

Bitki mənşəli əti qonşu Rusiyanın bəzi mağazalarından almaq olar. Məsələn, «Dad Əlifbası» şəbəkəsində çəkisi 227 qram olan iki kotletdən ibarət bağlı 750 rubla satılır. Ekspertlər qeyd edirlər ki, süni ətin idxal qiyməti çox yüksəkdir - kiloqramı 3 min rubldur ki, bu da «premial» mal ətinin və ya dana ətinin qiymətinə uyğun gəlir.

Ət əvəzləyicisindən hazırlanmış kotlet Rusiyanın «Teremok» şəbəkəsində xeyli bahadır - 450 rubl. Hələlik zəif də olsa ətin bitki mənşəli analoqları bazarı fəth edir və bu zaman onların əleyhdarlarının sayı artır. Dietoloqların fikrincə, əsasını bitki mənşəli inqrediyentlərin təşkil etdiyi burgerdə natriumun və doymuş yağların keyfiyyəti elə ətdən hazıranmış ənənəvi burgerdə olduğu kimidir. Bitki mənşəli məhsulların «sağlamlıq orealı» onunla risklənir ki, istehlakçılar həddindən artıq belə burgerlər yeməyə başlayırlar. Mütəxəssislərin fikrincə, ət alternativlərindən sui-istifadə etməyə dəyməz: onlar balanslaşdırılmış qidalanma üçün vacib olan elementləri əvəz edə bilməzlər.

Mümkün allergik reaksiyaları da nəzərdən qaçırmaq olmaz - 90 faiz belə halları süd, yumurta, araxis, soya, balıq, buğda, molyuskalar və xərçəngkimilər törədir. Bitki mənşəli ət məhsullarında hər şeydən təhlükəlisi noxud zülalıdır. Onu qida əlavəsi kimi pəhriz, vegetarian və idman qidalanması zamanı ətin bitki mənşəli əvəzləyicilərinə qatırlar.

Noxud paxlalılara aiddir və allerjik reaksiyaları araxislə olan hallara oxşardır - tərkiblərindəki eyni zülara görə. Ondan istifadə anafilaktik şok və ölümə gətirib çıxara bilər. Etiketlərdə noxud barədə praktiki olaraq heç bir xatırlatma verilmir ki, bu da insanları risk qarşısında qoyur. Həm də «Impossible Foods»-n burgerində pestisid qlifosatın izləri tapılıb. Qlifosat alaq otları ilə mübarizədə işlədilir. Elmi araşdırmalar göstərir ki, bu maddə orqanizmdə xərçəng yarada bilər.

Ölkələrin bir çoxunda süni ət məhsullarına ehtiyatlı yanaşma müşahidə olunur. Məsələn, Fransada vegetarian məhsulların etiketində «ət» sözünün işlədilməsi qadağan olunub. Bu qadağa südə də aiddir. Belə təcrübə ABŞ-ın Missuri ştatında da tətbiq olunur. Bu, həm də natural ət satıcılarını bitki mənşəli analoqların istehsalçıları ilə rəqabətdən qorumaq üçün edilir.

Hələlik bazarda bitki mənşəli ətə qarşı rəqabəti ənənəvi fermer məhsulları təşkil edir. Ancaq bir neçə ildən sonra hər şey dəyişə bilər. Süni ətin əldə olunması üsulu - onu laboratoriya şəraitində yetişdirməkdir. Belə məhsulu heyvanların əzələ materialından almaq olar.

Süni ət yetişdirməyə ilk cəhd 2013-cü ildə hollandiyalı farmokoloq Mark Post tərəfindən edilib. O zaman bu ideya 300 min dollara başa gəlib. Amma bir necə ildən sonra laborator kotletin maya dəyəri on min dəfələrlə düşüb. İndi ondan hazırlanmış burger cəmi 11 dollardır. Yaxın illərdə qonşu Rusiyada da ət yaratmaq işinə başlanıb. 40 qramlıq kiçik belə kotletin istehsalına 900 min rubl sərf olunub. Bu məqsədlə, «Oçakov qida inqrediyentləri kombinatı» bazasında material injineriyası laboratoriyası yaradılıb.

Bütün bunları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (UTT) qoşulmaq məsələsində tələskənliyə yol vermək olmaz və əvvəlcə ölkəmizə qida məhsulları idxalı üzərində yetərli nəzarət mexanizmləri (hüquqi və laborator-texniki baza) yaradılıb işə salınmalı, müvafiq sahələr üzrə kadrlar hazırlanmalıdır. Yoxsa ki, bunlarsız Azərbaycan bazarı hər cür «frankenşteyn» ərzaqlarla dolacaq…

Mirzə AĞ 

AzPolitika.info

635x100

Şərhlər

Azər 2020-01-08 18:53:20

silisium dərəsi yox,silikon vadisi,monqol

Son yazılar