AZƏRBAYCANLILARIN “İRANPƏRƏSTLİYİ” NƏ VƏD EDİR? – “Hiss olunur ki, İran düyməyə basıb..."

İranın məşhur generalı Qasım Süleymaninin ABŞ ordusu tərəfindən İraqda qətlə yetirilməsi Azərbaycanda da gündəmi dəyişdi. Bir neçə gündür cəmiyyətdə qızğın müzakirələr gedir. Sosial şəbəkələr və internet media üzərindən aparılan diskusiyalar bəzən məcrasından çıxır, qarşılıqlı təhqirlərə, hədələrə çevrilir.

Xüsusən, Qasım Süleymanini "şəhid" adlandıran təbəqənin apardığı aqressiv təbliğat cəmiyyətdə ciddi narahatlıq yaradır. Bu məsələyə siyasi müxalifətin də mövqeyi hakimiyyətdən o qədər də fərqlənmir. Verilən bəyanatlarda qeyd olunur ki, öldürülən generalın Azərbaycanda "şəhid" adlandırılması və bunun üzərindən spekulyasiyalar aparılması yolverilməzdir. Bu bəyanatlar da şərti olaraq "iranpərəst" adlandırılan qruplar tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Azərbaycanda qonşu İranın bu qədər təəssübkeşinin olması, onların dövlət və milli maraqları gözləmədən açıq şəkildə Tehranın maraqlarından çıxış etməsi təəccüb və təəssüf doğurur.

Xüsusi xidmət orqanlarının keçmiş zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl durumu AzPolitika.info-ya şərh edərkən bildirib ki, Azərbaycanda “iranpərəstlər”in çoxluğu sirr deyildi. Ekspertin sözlərinə görə, İran o dövlətdir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bizim vətəndaşlar arasında ciddi təbliğat işi görüb: "İran xüsusi xidmət orqanları faktiki olaraq Azərbaycandan İrana gedən şəxslərin əksəriyyətini təsiri altına salmaq üçün bir çox vasitələrdən istifadə edib, onların bir qismini öz adamlarına çevirə bilib. Hətta, hansısa uydurma ittihamlarla həbsə saldıqları Azərbaycan vətəndaşlarını da öz tərəflərinə çəkə biliblər. Dini təhsil adı altında Quma apardıqları gənclərin əksəriyyəti İran dövlətinin mənafelərinə, maraqlarına işləmək üçün məxfi əməkdaşlığa cəlb olunub. Din pərdəsi altında insanlarımızı öz maraqları naminə işləməyə vadar ediblər. Bu, müxtəlif regionlarda özünü daha qabarıq şəkildə göstərir. Azərbaycanın müstəqilliyini sinirməyən İran maddi maraq əsasında bəzi vətəndaşları anti-Azərbaycan maraqları üstündə fəaliyyətə sövq edə bilib.

Dediyiniz müzakirələrdə nəyi daha çox müşahidə etdim? İran həmişə tərəfdarlarını basdırılmış mina kimi istifadə etməyi bacarır. Tərəfdarlarının vaxtından əvvəl addım atmamasını tapşırır. Bu dəfə sosial şəbəkələrdə öz adları ilə və feyk adlarla Azərbaycana, Türkiyəyə, türk millətinə açıq söyüşlər yağdırıldı. Generalı şəhid hesab etdilər və bunu qəbul etməyənləri düşmən adlandırdılar. Hiss olunur ki, İran düyməyə basıb. Tərəfdarlar bu və ya digər şəkildə aqressiv münasibət sərgiləyirlər. Onlara qarşı çıxanlar da izahedici iş aparmaqdan çox, eyni dərəcədə aqressivdirlər.

Bu nə deməkdir? Bu, o deməkdir ki, ümumiyyətlə, cəmiyyətdə böyük aqressivlik, depressiv əhval-ruhiyyə mövcuddur və ciddi ekstremal situasiyada vətəndaş qarşıdurması riski qaçılmazdır. Bu, milli təhlükəsizlik məsələsidir”.

Ekspert cəmiyyətin aparıcı qisminin susqunluğunu qeyd edir. “Hələ bu günədək bir alim, bir ruhani televiziyaya çıxıb deməyib ki, şəhid dediyiniz general İran dövlətinin şəhididir, İslam dünyasının yox. İslam şəhidliyinin prinsipləri başqadır. Bir hərbiçi öz dövlətinin maraqlarını başqa dövlətin ərazisində qoruyur, döyüşür, müharibə aparır. Bu müharibə islam adına deyil, İran dövlətinin maraqlarına görədir. Xarici dövlətin hərbçisinin müharibədə ölməsinin Azərbaycana nə aidiyyatı? Müsəlman olduğuna görəmi? Bu zərərli müsəlman təəssübkeşliyindən Azərbaycan hər zaman zərər görüb. Böyük bir ideoloji boşluğun nəticəsində Azərbaycanı bir dövlət kimi perspektivsiz hesab edənlərin həmişə gözləri sərhədlərin o biri üzündə olacaq. Fundamental ideoloji iş başlanmasa, bu böhran dərinləşəcək".

Gərginlik artarsa və regionda münaqişə yaranarsa, müharibə tərəfləri Azərbaycanın imkanlarından öz qarşıdurmalarında istifadə etməyə çalışacaq. Azərbaycan tərəflərdən təkliflər alarsa, təkliflərə necə reaksiya verməlidir? Azərbaycan nə edə bilər ki, bu qarşıdurmanın obyektinə çevrilməsin? Bununla yanaşı Azərbaycan öz təhlükəsizliyinin təminatı üçün hansı addımlar atmalıdır?

Bu suallara cavabında İlham İsmayıl bildirir ki, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu coğrafiyadır. Azərbaycanın bu coğrafiyada rolu önəmlidir: "Biz İran və Rusiya ilə qonşuyuq. Təbii ki, ABŞ və İsrail də burda maraqlarını qorumağa çalışır və təsir dairəsini tədricən genişləndirir. Bizi önəmli edən həm də Güney Azərbaycandır və oradakı çoxmilyonlu soydaşlarımızdır. Azərbaycan münaqişə aparan ölkələrin heç birinə açıq dəstək nümayiş etdirməməlidir və etməz də. Əks halda, dediyiniz kimi hədəfə çevrilə bilər. Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipinə və eyni zamanda ABŞ və İsraillə bu ərəfədə indiyədək apardığı siyasətdə xüsusi dəyişiklik etməməlidir. Elə məsələlər də var ki, bu olduqca məxfi aparılır və heç bir şübhə yaratmır. Bu prinsipə də əməl olunmalıdır".

AzPolitika.info

635x100

Şərhlər

Kirve 2020-01-09 10:55:30

Kisinin oglu cox duzgun serh verib.Tam onunla raziyam.

Mubariz 2020-01-08 19:34:03

Ilham muellim ISID deyilen Amerika terefinden daha gorsusu Hillari Klinton terefinden yaradilan korfez olkelerinden maliyeşen Turkiyenden logistik desteklenen XXI čumasini kim darmadagin etti?Gerek butun muselmanlati qetl ederdiler?!Ya Dagistandan Bakiya daxil olardilar.Ona gore MTN dagildida.Gorunur Sizin kimi ferasetsiz emeliyatcini duz edib isden azad edibler.Čun ki Azerbaycana xidmet etmemisiniz.ABŞ a Israile xidmet gostermisiniz.Indi de Qenimet kimilerine

Hüseyn Həsənov 2020-01-08 18:38:26

Süleymani mənə görə şəhid deyil. Xalqımızın Süleymaniyə rəğbəti savadlızlıqla əlaqələndirirən. İran Ermənilərlə dostluq edir. Bizim şəhidlərimizə İranda heç vaxt müsbət yanaşma olmayıb. Papaq filmində məçiddən şıxan şeyx tamrıya müraciət edərək deyir"İlahi sən bu xalqın başına ağıl qoy"

t.ədalət 2020-01-08 16:55:53

Təkcə iranpərəstlik edilmir,həm də Respublika Veteranları Təşkilatı deyilən qurumda çalışan keçmiş rusiya və sovet zabitləri də Rusiyaya xidmət edirlər.Azərbasycanın ərazi bütövlüyü ilə əlaqədar müharibə iştirakçılarına heç bir şərait yaradılmadığı halda bu təşkilat üçün dövlət büdcəsindən xeyli maliyyə ayrılır.Təşkilat ikinci dünya müharibəsi veteranları adı altında Rusiya silashlarının və rus ordusunun təbliğatı ilə məşğul olur.Onların təbliğ etdiyi ordu isə Bizi həmişə soyqırımlara məruz qoyub.20 Yanvarda,DQ ərazisində məhv edilən on minlərlə azərbaycanlıları,məhz həmin ordu qırıb.

Aliye 2020-01-08 16:27:33

Bilirsiz niye?Cunki kimse kimi duzgun teblig etmir men esidende usaqlarima onun kim oldugun basa saldim. Amma APA nin Iran birosunun muxbiri yazanlari oxuyun. Guya bu insan ermenini qucaqlasada Yasasin Azerbaycan deyib buda ideolgi is buyurun oxuyun

Azər 2020-01-08 15:26:54

Bu barədə uzun-uzadı danışmağa dəyməz. Süleymani şəhid deyildi, "ölüm mələyi" idi, o öləndən sonra da özü ilə nə az, nə çox 54 insan apardı, 200 adamı isə xəstəxanalıq etdi, sağ ikən nə qədər etmişdi, onu bir ALLAH bilir...belə bir şey bir də Stalin öləndə olmuşdu....Bu adam öləndən sonra da özü ilə yüzlərlə insanı aparmışdı, sanki ölümdən doymamışdı...Stalinin kim olduğunu bilirik, amma Süleymaninin yox...Ehtiyac da yoxdur, yəqin..."Ölüm mələyi" Vəssalam..

Camaləddin 2020-01-08 15:03:47

Bizimkilərdə ideoloji iş aparmağa zaman,qabiliyyət var? Onlar monopoliya,kommersiya, büdcə talama,özününkiləşirmə,korrupsiya ilə məşğuldurlar. Ona görə Azərbaycan yetim uşaq vəziyyətindədir.bwdc' talamaq?[

Alı 2020-01-08 14:45:02

Terrorçu, Avropada türkləri öldürdüyünə, partlayışlar təşkil etdiyinə görə məhkum olaraq Yerevanda milli qəhrəman kimi qarşılanan Qarabağ qatili müsalman düşməti Monte Melkonyanla qardaş kimi öpüşüb görüş\ən bir hərif niyə göeə bizim millət üçün şəhid qəhrəman sayılmalıdır? Bəsdir ona-buna yaltaqlıq etdiniz! Mənliyiniz olsun!

Son yazılar