XANHÜSEYN KAZIMLI PREZİDENTƏ MƏKTUB YAZIB? - İndi də qızını deputat seçdirmək istəyir...+ FOTO

Sosial şəbəkələrdə Sosial Rifah Partiyasının sədri, sabiq deputat Xanhüseyn Kazımlının Prezident İlham Əliyevə məktubunun surəti yayılıb.

Partiya sədri dövlət başçısına müraciət edərək qızı Əsli Kazımovanın millət vəkili seçilməsini istəyib: "Əgər icazə versəniz, mən hər hansı dairədən millət vəkili seçilməyimə razı deyiləm. Əvəzimdə isə, Sosial Rifah Partiyası sədrinin birinci müavini Kazımova Əsli Xanhüseyin qzının namizədliyini doğulduğum diyardan verərdim..."

X.Kazımlının yazdığı iddia olunan məktubda partiya sədri qızı haqqında xeyli təriflər yazıb.

Qeyd edək ki, Əsli Kazımova deputatlığa namizəddir. O, namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb və sənədləri DSK-ya ötən gün təqdim olunub.

“Qafqazinfo” məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. X.Kazımlı namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir: "Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirik"

Ə.Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir. 

Xanhüseyn Kazımlı özü birinci, ikincı, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, ötən illərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdi.

AzPolitika.info


635x100

Şərhlər

Nicat 2020-01-16 17:06:05

Çox əla.Hamı yazır.Ağıl verir.amma MÖHÜR İMZA TARİX yoxdur axı.Elə ağıllı rəy yazanların da savadı bəllidir.

Millikişi 2020-01-16 12:02:36

İB-yə məndən. Görünür Siz də Xanhüseyn şüurlusunuz, ya da onunla məzələnirsiniz. Hər halda məktubu diqqətlə oxuyanda görərsiniz ki, 1981-ci il təvəllüdlü qızı 1992-ci ildən iqtisad elmləri üzrə fəlsəfə doktorudur. 11 yaşında!! Gerisini özünüz deyin.

Ali 2020-01-15 21:58:56

Çox əla!!! Dədələr, övladlar, gəlinlər, qudalar, bacıoğlular və s. parlamenti!!!

Tezqanan Düzqananlı 2020-01-13 23:08:02

, Xanhüseyn müəllim belə məktub heç vaxt yazmayıb.

Vahid 2020-01-11 18:42:50

Özünə,ailəsinə hörmət edən şəxs belə hərəkət etməz! Görün bunlar özlərini nə günə salıblar.Xəcalət!

milliKİŞİyə İBdən 2020-01-10 16:03:38

Hər azərinin rifah üçün öz Prezidentinə müraciəti doğru deyilmi?

Millikişi 2020-01-10 11:06:27

Ötən günlərdə bir yazı ilə bağlı mən bir oxucu kimi özümə söz vermişdim ki, bir daha şərh yazmayacağam. Amma, vallah, Xanhüseyn kimi sürtkəncin Prezidentə müraciətini görəndə dözə bilmədim. Zənnimcə MM-in buraxılması ideyasına güc verən çoxsaylı amillərdən biri də bu «rifah» partagenosu, 4 çağırış deputatı və artıq şüuru iflici olmuş, Azərbaycan tarixində bir.... «professor» olan bu adamın komitə iclasların birindəki çıxışı olmuşdu. Bunun Azərbaycan Prezidentinə yazdığı məktub şüurların deqeradasiya mücəssəməsidir. Bircə cümləsinə fikir verin: «Siz icazə versəniz, mən hər hansı bölgədənsə Milli Məclisin üzvü seçilməyimə razı deyiləm...» Bu Prezidenti araya qomaqdır! Əgər bunu cənab Prezident oxusa, deməzmi ki, partiya sərdi olaraq bu nə müraciətdir deputat olmamaq üçün Prezidentdən xahiş edirsən? Deməzmi ki, ay Xanhüseyn qızı atan qocalıb, şüuru iflic olub, xərifləyir. Bəs sən ona niyə demədin ki, ay ata ayıbdır el-obadan əvəzimdə deputat olmaq istəyimi Prezidentə yazma.... Allah Sabirə rəhmət eləsin! Ay Sabir Sənin Tükəzbanlarından biri də bu Əsrdə!!! bu yolla deputat olmaq sevdasındadır.

Mehdi 2020-01-09 20:00:18

Bu özu cox yaritdi,qaldi qizi.

Vətəndaş 2020-01-09 17:51:34

Sosial Rifah Pqrtiyası ailə içi partiyadır? Atasədr,qızı müavin..Deyəsən deputat maaşının dadı dişində qalıb. Belə bir partiyanın səsini eşidən,üzvlərini tanıyan,məramından xəbəri olan varmı?Bu partiyabazlıq oyunlarına niyə son qoyulmur? .A\ahüseyn bəy deputat olub hansı işə yarayıb ki?

Oqtay 2020-01-09 15:36:44

Bu afdamın deputat olmağı millətə xəcaətdir Nə partiyasının nə özüenün cəmiyyətə bir xeyiri dəyməyə dəyməyə bundakı ...bax ki hələ bir minnət dəqoyur ki mən secgiyə getmirəm qızımı deputat qoyun. Bu şuurun yiyəsinə nə deyəsən. .....Prezident şərait yaradıb daha nə istəyir bu.Bəs deyilmi 20 il M.M.də avaralandın

Afiq 2020-01-09 15:04:51

Siyasi savadsizliq ve biabirciliq Xanhuseyn m.deputati XALQ secir

Qarabağ əlili Araz 2020-01-09 14:41:42

Yəni bu qədər a....!!!!???

Son yazılar