“ƏLİ HƏSƏNOV MİTİNQLƏRİMİZDƏ ÇIXIŞ ETMƏK İSTƏYİRDİ...” – “Bir-birimizə dost kimi hörmətimiz var idi”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi Əli Həsənovla münasibətlərindən danışıb. O, bildirib ki, hələ ADP yaranmamışdan öncə münasibətləri yaxşı olub.

Bununla bağlı "Yeni Müsavat"a açılama verən S.Cəlaloğlu bu və digər məqamlara toxunub.

“Əli Həsənov qardaşım Qurban Məmmədovla tələbə vaxtı bir otaqda qalırdı. Mən onu ilk dəfə orada görmüşəm. Əli Həsənov Moskvada oxuyanda mən oraya getmişdim. O zaman azərbaycanlı tələbələr Azərbaycan nümayəndəliyinə toplaşmışdılar. Mən orada çıxış etdim. Əli Həsənov da tələbə kimi orada idi.

1990-cı ilin əvvəlində isə Əli Həsənov təhsilini başa vurub, Naxçıvana gəldi. Orada görüşdük. Hətta Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi. Yəni onunla bizim təmaslarımız, münasibətlərimiz hələ Azərbaycanın müstəqilliyi bərpa olunmazdan öncələrə qədər gedib çıxır. Bir-birimizə dost, yoldaş kimi hörmətimiz var idi.

Heydər Əliyev hakimiyyətə gələndə Əli Həsənov Heydər Əliyevin adından mənə və Qurban Məmmədova hakimiyyətdə təmsilçilik təklifini gətirmişdi. Biz isə təklifə görə təşəkkürümüzü bildirdik və Əbülfəz Elçibəyi müdafiə etdik. Bundan sonra da Əli Həsənovla Qurban Məmmədov dostluq münasibətlərini davam etdiriblər. Əli Həsənovun Prezident Aparatının İctimai-siyasi şöbəsinə vəzifəyə gəlməsindən sonra təkcə mənimlə yox, üzdə olan bütün siyasi partiya liderləri ilə təması, görüşləri, danışıqları olub. Mənimlə də telefon əlaqələri saxlayıb. Bizim təsisçisi olduğumuz media orqanlarında gedən dövlətçiliklə, mühüm siyasi məsələlərə bağlı öz fikirlərini bildirib, yaxud təkzib edib. Bir də əlaqələrimiz olub iqtidar-müxalifət dialoqunun təşkili məsələlərində. Əli Həsənovun vəzifəsinin tələbi bu idi ki, siyasi partiyalarla əlaqə qursun.

Əli Həsənovun yaxınları vəfat edəndə yasına getmişəm. Əli Həsənov da mənim qardaşımın oğlu şəhid olanda, qardaşım vəfat edəndə hökumət adından mənə zəng edib başsağlığı verib. Yəni bu cür sıx əlaqələrimiz olub. Bütün bunlar tamamilə normal və təbiidir".

(Bakipost)

635x100

Şərhlər

vidadi goyce 2020-01-13 10:00:27

metamorfoza

Sabir 2020-01-10 11:08:17

u nə yeyib belə kökəlib.Bir də ki,onsuz da hamı bilir ki,sən və qardaşın ayrı-ayrı "cəbhədə" fəaliyyətdə olsanız da hökumətin adamlarısınız..

Son yazılar