RAMİZ MEHDİYEV İKİ VƏZİFƏLİ ŞƏXSİ İŞDƏN ÇIXARDI - AMEA-da yeni təyinatlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifovvəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında qərar qəbul edilib.

Qərarla institutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib.

Bundan başqa, Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

Bundan əlavə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.

 Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.

635x100

Şərhlər

Abdulla 2020-01-10 16:05:28

Bu işdən çıxarılma deputat seçilən namizələrə dəaid edilməlidir. İnsan yalnız bir yerdə yararlı ola bilər.Bir əldə iki qarpız yerləşməz!t

Ş. mühəndis 2020-01-10 10:21:05

Çalışdığı hər problemin xalqa açıqlanması AMEA da faydalı olar?

ISLAHAT 2020-01-10 02:27:11

AMEA -nin lazimli - perspektivli, faydali, effekt verecek elmi tedqiqat lahiyeleri verilmelidir Universitetlere ve AMEA IXTISAR - LEQV OLUNMALIDIR. Dovlet Budcesini TALAMAQ OLMAZ.

Son yazılar