SABİQ NAZİRİN OĞLU İNGİLTƏRƏDƏ MEŞƏ ALDI - FOTOLAR

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub.

Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli verib.

Məlumatda qeyd olunur ki, əyalətin kiçik Llanwrtyd qəsəbəsində Victoria Road yolu üstündəki VİCTORİA WELLS LOG CABİN MOTEL ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır: Təsisata otel və çoxaylı kotteclər daxildir.

 Kompleks Emin Babayevin 2018-ci il noyabrın 6 da Britaniyada qeydiyyatdan keçirdiyi MEAT AND GREET LIMITED şirkəti üzərindən idarə olunur. Şirkət kompleksin yerləşdiyi ünvanda (Victoria Wells Cabins, Victoria Wells Forest Cabins, Victoria Road, Llanwrtyd Wells, Powys, United Kingdom, LD5 4SY) 11661629 saylı lisenziya ilə qeydiyyata alınıb.

Bundan əvvəl turizm kompleksi VİCTORİA WELLS SPA adı ilə fəaliyyət göstərib. 2015-2017-ci illərdə "VİCTORİA WELLS"i keçmiş nazirin oğlunun digər şirkəti - CASPIAN DRAGON CYF idarə edib. Adı "XƏZƏR ƏJDAHASI" anlmına gələn və 2015-ci ilin avqustunda qeydiyyatdan keçmiş şirkətin sənədlərində təsisçinin Azərbaycan vətəndaşı, bankir, 1982-ci il təvəllüdlü Emin Babayev olduğu qeyd edilir.

Emin Babayev poker həvəskarıdır və Londonda kazinolarda poker oyunlarının aktiv iştirakçısıdır. Ən yüksək udduğu məbləğ 2018-ci ildə Londonda keçirilən poker oyununda 37,705 dollar olub.

Babayevlərin Avropadakı digər ailə şirkəti - MERCURY EUROPE HOLDİNQS 2011-ci ildən Lüksemburqda fəaliyyət göstərir. Şirkətə Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva rəhbərlik edir.

Babayevlər Azərbaycanda "AB Standard" holdinqinin sahibidirlər. Holdinqə "Bank Standard", "Standard İnsurance", "AB Legal Consulting Group", "Standard Lizinq", "Standard Capital" şirkətləri, "Dərnəgül boru zavodu" və "Lənkəran Mehmanxana" daxildir.

 

635x100

Şərhlər

Elli 2020-01-10 12:34:48

malades, bunlardakı fərasətə bax!

Millət 2020-01-10 11:12:01

BUrada təəcüblü nə var ki? YAP-ın vəzifədə olanları talançılıq.rüşvət,büdcə yeyintisi və mənimsəmələrlə məşğul olublar və olurlar.Buna isə YAP-çı hakimiyyət üstü örtülü icazə verib.İcazə olmasaydı ers nazirlər, indi də fəaliyyətdə olan nazir,Komitə sədrləri,yüksək çinli məmurların mal varlığına diqqət edən olardı.d

Təbii 2020-01-10 11:06:52

Qulaqsız şoumen azərilərlə yanaki İti zəkalı azərilər də var.

Son yazılar