NƏRMİNİN QATİLİ CİNAYƏTİ ETİRAF ETDİ - Rəsmi məlumat+FOTO (Yenilənib)

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yerirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumatda deyilir:

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülmüşdür.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf etmişdir.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev azyaşlının qətli ilə bağlı saxlanıldığı deyilən İlkin adlı şəxs barədə Trend-ə açıqlama verib.

L.Quliyev bildirib ki, hadisə ilə bağlı saxlanıldığı deyilən İlkin Süleymanov həmin kənddə yaşayır:

"İlkin bizim evdən 500-600 metr aralıda yaşayır. Kənddə tanıdığımız adamdır. Qohumluq əlaqəmiz yoxdur, amma İlkin Nərminin atası Şərifin sinif yoldaşıdır. Hüquq-mühafizə orqanları onu izahat almaq adı ilə aparıblar. Amma qətlin kimin tərəfindən törədilməsi barədə bizə heç nə deməyiblər. Biz də eşitmişik ki, İlkini polisə çağırıblar. Amma nə vaxt çağırıblar, niyə çağırıblar xəbərimiz yoxdur. Bu dəqiqə başımız qarışıqdı, onu araşdırmaq halında deyilik".

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha ətraflı Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


***

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

***

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, belə bir şey olsa ictimaiyyətə geniş açıqlama veriləcək.

635x100

Şərhlər

vidadi goyce 2020-01-13 09:32:46

memleket artiq vilis latsisin amerika heyat terzine hesr edimish qanadsiz qushlar romanindaki veziyyete catib

Farid 2020-01-12 03:03:59

Men qetli toreden Ilkin oldugunu tam dusunurem.sebeb:Nerminin dirnaglarini kesmek en azinnan dusunek ki dusunceli mentiqli ve savadli bir insan olmalidir(eger insan demek olarsa).bu werefsiz,leyaqetsiz,eclaf 3 dil ve 3 inustut bitirdiyini nezere alsaq ele qatilin de onun oldugu dirnaq arasi dusundurur meni.

Bashirov Qarib 2020-01-11 12:44:23

B[yuk bacısının verdiyi uydurma və yalan ifadə axtarış aparanları yanıldıb. Çox guman ki, qız yuxuda görduklərini danışırmış.ız deyirdi ki,sarı bir maşın məni təkidlə maşına oturtmaq istəyirdilər. İki nəfər , biri də saqqallı idi, məni maşına mindirib aparmaq istəyirdilər, mən onları tanımırdım, ona

Elli 2020-01-10 19:38:34

əgər bu adam doğrudan da qatildirsə bu ən ağır cəzaya məhkum olunmalıdır.

Ədalət 2020-01-10 17:15:32

Onu Azadlıq meydanında edam etmək lazimdi.Onu kimilər birdə o barədə fikirləşməyin.

t.ədalət 2020-01-10 16:15:10

Nərminin ölümündə bütün kənd camaatı günahkardır.Güman ki həmin boş evi yoxlamaq bələdiyyə sədrinin,sahə müfəttişinin ağlına gələ bilərdi.Onlar,sadəcə olaraq,axtarışla məşğul olmayıblar.Cani,yəqin ki belə cinayətlərdən törədib.Yoxsa,birdən-birə belə təcrübə toplaya,körpə qızın dırnaqlarını kəsə bilməzdi...

t.ədalət 2020-01-10 14:51:39

Nərminin faciəsi Gi De Mopassanın "Zavallı Rozalisi"ni yada salır.Hər iki faciə axmaqlıq və idbarlıqdan qaynaqlanır..

oxucu 2020-01-10 14:01:48

Kimdirsə o alçaq ancaq güllələnmək.

mamaed 2020-01-10 12:15:02

O saxlanılan adam həqiqətən də qatildirsə onun cavabını türmədə oturan oğlanlar yaxşıca verəcəklər mütləq.

Son yazılar