GENERALIN NAMİZƏDLİYİ QEYDƏ ALINMADI – “Müharibə vəziyyətində olan dövlətin parlamentinə general buraxılmır?”

Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, keçmiş korpus komandiri, general-mayor Qabil Məmmədovun növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınmayıb. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədəki hesabında açıqlama yayıb.

O, bildirib ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyini irəli sürsə də, qeydə alınmayıb: “Bildirmək istəyirəm ki, göstərdiyim səylərə baxmayaraq, yanvarın 9-da, Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim “İP adresimi” tanımadı. Bu səbəbdən sizlərin gözləntilərini doğrulda bilmədim. Allah vətənimiz Azərbaycanı qorusun!”. 

Qeyd edək ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən öz təşəbbüsüylə deputatlığa namizədliyini irəli sürmüşdü. O, qərarını belə açıqlamışdı:

“Dəyərli dostlar! Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram”.

Xatırladaq ki, general-mayor Qabil Məmmədov Bərdədə hərbi birləşməsinin komandiri olub. Ondan sonra ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə HEM-ə şöbə rəisi vəzifəsinə təyin olunub. 2009-cu ildən hərbi qulluqdan istefaya göndərilib. Əslən Lənkəran rayonundandır.

Bu tanınmış və nüfuzlu generalın namizədliyinin qeydə alınmasından imtina narazılığa səbəb olub. Məsələn, jurnalist Eynulla Fəttullayev bu qərara çox sərt reaksiya verib.

“Çox pis xəbərdir! Üzücüdür! Qabil Məmmədovu şəxsən tanıyıram, xidmət etdiyim korpusda Qərargah rəisi olub. Azərbaycanda tək-tük zabitlərdəndir ki, Frunze adına Ali Hərbi Akademiyanın məzunudur, hərbi nəzəriyyəçidir... Qabil Məmmədovun həm də diplomatik təcrübəsi var - Azərbaycanın hərbi attaşesi olub.

Müharibə vəziyyətində olan dövlətin parlamentinə savadlı döyüşçü, yüksək mənəviyyata və əxlaqa, zəngin biliklərə malik general buraxılmır!!! Bu nə deməkdir???

Bazarkomları, müğənilləri, siyasi dəllalları, dostlarına və partiyalarına xəyanət edənləri parlamentə namizəd kimi qeydə alırlar, amma Vətəninə və döyüşçü dostlarına sadiq bu cür dəyanətli generalın hətta seçkilərdə iştirak hüququ belə tanınmır. Yəni, Azərbaycan xalqı bu cür generala 450 imzanı belə çox gördü?

Məyusedicidir! Utancvericidir!

Anlamıram, bəs onda parlamentin hərbi və təhlükəsizlik Komitəsində kimlər qərar verəcək? Hadı Rəcəbli ilə Mirələmov?, – Fətullayev üsyan edib.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Qonağa 2020-01-13 09:38:46

Hörmətli qonaq. General nə vaxt və kimə qarşı bunt edib ki?

Vətəndaş 2020-01-10 20:46:35

Namizədliyini qəbul etsəydilər belə həttaseçilsə idi onu siyahiyə yazmayacaqdılar.Çünki siyahidə YAP-çılardan yer qalmayıb.125 YAP siyahisi və fərdi qaydada namizədlikləri qeydə alınan YAP-çılarda , bir də cib müxalifətindən yer qalmır.Arıq Məzahirdə siyahi hazırdır.Boşuna zəhmət çəkməyin. Siyahi yuxarıda yoxlanılıb.təsdiqlənib.Boş yerə Hadı,Səmədzadə,Siyavuş,Əli Əhmədov və bunlar kimiləri namizəd siyahisinə yazılmayıblar ki!abg

Qonaq 2020-01-10 20:40:26

Bunt etmis bir generali bu qederde öymek neye lazimdir

Xalq üçün 2020-01-10 20:22:14

Cənab general Qabil Məmmədovu dəstəkləyək! Xalqın qələbəsidir onun seçilməsi ! Əziz hörmətli generalımıza eşq olsun!!

AQAYEV 2020-01-10 19:43:11

İlk dəfədir Fətulladan belə aqıllı yazı oxuyuram.

Özgür 2020-01-10 19:22:48

təəsüf

pensioner 2020-01-10 17:26:07

Döyüş generalı lazım deyil.General Əliağa Hüseynov, irəli!

Son yazılar