SEPAH Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə İranın Hərbi kosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə deyib: “İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzaya uğraması üçün tam məsuliyyət daşıyır. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və ölkələrin səlahiyyətlilərinin qəbul edəcəyi istənilən əmrləri yerinə yetirməyə hazırıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar