Daha bir deputatın əvəzinə oğlu namizədliyini irəli sürdü

Daha bir deputatın övladı seçkilərə qatılıb. Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mirkazım Kazımovun 38 yaşlı oğlu Səid Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən seçkilərə qatılıb. Onun namizədliyi 69 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən artıq qeydə alınıb. S. kazımov ixtisasca hüquqşünasdır, AMEA-nın Azad Həmkarlar İttifaqında hüquq müfəttişi vəzifəsində çalışır.

Bildirilir ki, həmin dairədən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimli namizədliyini irəli sürüb. YAP isə həmin dairədən Etibar Sadığovun (Peşə Tədrisi Mərkəzinin direktoru) namizədliyini irəli sürüb.

Qeyd edək ki, 4 dəfə millət vəkili seçilən Mirkazım Kazımov bu dəfə YAP-ın siyahısından kənarda qalıb, 5-ci dəfə namizədliyi irəli sürülməyib.

Xatırladaq ki, bundan əvvəl millət vəkili Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80-ci İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürdüyü məlum olub.

635x100

Şərhlər

Ələkbər 2020-01-14 23:16:50

Məgər deputat yerləri ailələrə satılıb ki,deputat əvəzinə oğlunu namizəd edir? Bu anlaşılan deyil? Belə hallara MSK sədri şəxsən məsuliyyət daşımalıdır.Necə yəni yerimə oğlumu yazın.Bu nə cəsarətdir? Yerlər satılıqdır ki?yr

Vətəndaş 2020-01-13 21:25:39

Müftəxorlar millət vəkilliyindən biznes qazanc kimi yararlanırlar. Onlar hə hərləyirlər milləti xalqı. Əsas ciblərinə işləyirlər. Haramları olsun

Hacızadə İntiqam 2020-01-13 12:30:51

Maraqlıdır.Necə yəni deputatın əvəzinə oğlu namizədliyini irəli sürür? Məgər deputatlıq ailəyə hədiyyə edilir?Bu gün deputat yoxdur və Mİlli Məclis buraxılıb.Deməli deputat da yoxdur.Yeni seçkilər keçirələr,qalib gələn namizəd deputat olacaq. Xanhüseyn qızını,bu oğlunu "yerinə" deputat etmək istəyir.Bu anlaşılan deyil.Görün seçkini nə günə salmışıq ki,belə hallar baş verir.Aidiyyatlı qurumlar buna diqqət yetirməyə borclu deyillərmi?yb

Yavər 2020-01-13 12:20:59

Deməli deputatlıq kimlərəsə bağışlanır.Ata istəməsə oğlu deputat olur? Belə anarxiya hansı ölkədə mövcuddur? Bunu namizəd təqdim edən,belə namizədliyi qəbul edən nə düşünür?

Son yazılar