GƏNCƏNİN DEPUTATLARI KİMLƏR OLACAQ? – Ölkənin ikinci şəhərində seçki rəqabəti (ADLAR, FOTOLAR)

Azərbaycanın ikinci böyük şəhəri Gəncədə 4 Seçki Dairəsi var. Təxminən 334 min nəfərə yaxın sakini olan şəhəri Milli Məclisdə 4 millət vəkili təmsil edir. 37, 38, 39, 40-cı Seçki Dairələri üzrə keçirilən seçkilər indiyə qədər bir qayda olaraq ciddi rəqabət şəraitində keçib. Çünki Gəncədə müxalifət nümayəndələri, tanınmış müstəqil namizədlər prosesdə aktiv iştirak edirlər.

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində durum necədir? Vəziyyətə aydınlıq gətirmək üçün Mərkəzi Seçki Komissiyasının (MSK) saytında namizədlərlə bağlı yerləşdirilən informasiya bazasındakı məlumatları təhlil etdik. Beləliklə, 4 Seçki Dairəsi ilə bağlı əsas məlumatları oxuculara təqdim edirik:

YAP üçün “ən rahat” dairə

37 saylı Gəncə Birinci Seçki Dairəsinə 18 nəfər müraciət edib, onlardan hamısı imza vərəqlərini götürsə də, sonradan 6 iddiaçı öz təşəbbüsü ilə namizədliyini geri çəkib. Qalan 12 nəfərdən hələlik 6 iddiaçının namizədliyi qeydə alınıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Gəncə Dövlət Universitetinin prorektoru, hazırki millət vəkili Pərvin Kərimzadənin namizədliyi irəli sürülüb. Başqa partiyalardan ÜMİD, BAXCP və Kommunist Partiyasının namizədləri də DSK-ya müraciət edib. Sonradan BAXCP nümayəndəsi namizəd olmaqdan imtina edib. İddiaçılar arasında müəllimlər, mədəniyyət işçiləri, işsizlər və icra hakimiyyətinin bir sosial işçisi də yer alır. 

Beləliklə, 37 saylı dairədə YAP-ın namizədi Pərvin Kərimzadənin ciddi rəqibi gözə dəymir.

Naqif Həmzəyevə neqativ münasibət var, amma...

38 saylı Gəncə İkinci Seçki Dairəsinə deputatlığa namizəd olmaq üçün ilkin olaraq 16 nəfər müraciət edib. Onlardan iki iddiaçı sonradan namizədliyini geri götürüb. Siyasi təşkilatlardan YAP, Ümid və MDHP-nin adları cədvəldə yer alsa da, namizədliyindən imtina edən iki şəxsdən biri Ümid Partiyasının nümayəndəsidir.

Hakim partiya bu dairədə də namizədini dəyişməyib – YAP-ın Gəncə Şəhər Təşkilatının sədri, AXC lideri M.Ə.Rəsulzadə ilə bağlı təhqiramiz fikirlərinə görə cəmiyyətin kəskin qınaq hədəfində olan Naqif Həmzəyevdir. Onunla bərabər hələlik 5 nəfərin namizədliyi qeydə alınıb. İddiaçılar əsasən müəllim, sahibkar və mədəniyyət işçiləridir.

Cəmiyyətin kəskin mənfi münasibətinə baxmayaraq, N.Həmzəyevin hakim partiya tərəfindən dəstəkləndiyini nəzərə alsaq, deyə bilərik ki, deputat olmaq şansı daha yüksəkdir. Onun ən ciddi rəqibi isə “Cavad xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənovdur. O, Gəncə ictimaiyyətinin tanıdığı şəxslərdən biridir.

İş adamlarının yarışdığı dairə

39 saylı Gəncə Üçüncü Seçki Dairəsindən deputatlığa 18 iddiaçı olub, onlardan 7 nəfəri artıq namizədliyini geri çəkib. Deputat olmaq niyyətindən vaz keçənlərdən biri də Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Gəncə şəhəri, K.D.Uşinski adına 29 nömrəli orta məktəbdə xadimə işləyən Şəfa Orucovadır. Qalan 11 iddiaçıdan hələlik 6 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, ötən seçkidə bu dairədən YAP-ın namizədi və deputatı Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev idi. O, bu dəfə namizədliyini irəli sürməyib. Hakim partiya bu dairədən Gəncə Şəhər İdman İdarəsinin rəisi Müşfiq Cəfərovun adını iddiaçılar siyahısına salıb. Bununla yanaşı “Azer İnternational” şirkətinin direktoru Novruz Allahverdiyev, "ASO-2008" MMC Tikinti Şirkətinin rəhbəri Fərman Fərmanlının adları diqqət çəkir. Qalan namizədlər, özləri barədə məlumat qrafasına “işsiz”, “həkim”, “fərdi sahibkar” və s. yazıblar.

Musa Quliyevin iki ciddi rəqibi var

Nəhayət, 40 saylı Gəncə Şəhər Dördüncü Seçki Dairəsindəki hazırki durumun təhlili ondan xəbər verir ki, Gəncədə az-çox ciddi rəqabət məhz bu dairədə gözlənilir.

Hakim Yeni Azərbaycan Partiyası artıq üçüncü seçkidir ki, hazırki deputat Musa Quliyevin namizədliyini irəli sürür. Ümumilikdə 16 iddiaçıdan 4 nəfəri geri çəkilib, 5 nəfərin namizədliyi isə qeydə alınıb. Namizədlərin bir neçəsi işləmədiyini göstərib, qalanları isə hərbi hissədə mülki işçi, dərnək rəhbəri, mencer, tibb işçisi və s. peşələrdə çalışır.

Bu dairədə YAP-ın rəsmi namizədinin iki güclü alternativi var. Onlardan biri Gəncədə tanınmış müxalifətçi, Ümid Partiyasının yerli təşkilatının sədri Salman İmanlı, digəri Daxili İşlər nazrinin keçmiş müavini Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyevdir. O, biznes fəaliyyəti ilə məşğul olur, hazırda "ZD" MMC-nin direktorudur.

Qeyd edək ki, Salman İmanlı ötən seçkilərdə rəsmi nəticələrə görə ikinci yeri tutub, özü isə qalib gəldiyini bəyan edib.

“AzPolitika.info”

635x100

Şərhlər

yusif-1313 2020-01-13 18:52:02

Özlərini buraxmişlarin(Pərvin Kərimzadə.Naqif Həmzəyevin və Musa Quliyevin ) yenidən deputat təyin olunmaq cəhdləri cox gülməlidir.

Shahin 2020-01-13 18:33:43

B dordude ermenistan esilidir. Gorunur gencede yerli adam qalmayib..... Gence camahati, Umid sizedir. ...

elxan 2020-01-13 14:35:48

Musa Quliyevin yenidən secilməsi secki qiyam günü hesab oluna bilər

Mahir Əliyev 2020-01-13 14:31:08

Qonşum Əlipaşa deyir ki,əvvəlcədən bilsəydim M.Ə. Rəsulzadəni təhkir etməklə deputatlığa namizəd olardım.

Gəncəli 2020-01-13 12:09:15

G'ncə '1-ci dən YAP deputat xanım artıq siyahidədir.Gəncə 2-cidən Həmzəyevin seçilməsi Gəncəlilərə bağışlanan deyilSeçilərsə saxtakarlıq edildiyi əvvəlcədən bəllidir..QAldı digərləri onu Məzahir Pənahovdan soruşun,görək siyahiyə kimləri yazlvb.uie

Son yazılar