Hüquqşünas alim Əsmər Əliyevanın namizədliyi qeydə alınıb - FOTO

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə 46 saylı Şirvan Seçki Dairəsindən qatılan Bakı Dövlət Universitetinin müəlliməsi, tanınmış hüquqşünas alim Əsmər Əliyevanın namizədliyi qeydə alınıb.  

Bu barədə onun vəkili "AzPolitika.info"ya məlumat verib.

Əliyeva Əsmər Əlmusa qızı 1985-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhər N.İsmayılov adına 80 nömrəli orta məktəbi bitirib.

2000-2004-ci illər də Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, 2004-2006-cı illərdə "Mülki və təsərrüfat hüququ" ixtisası üzrə magistr təhsil alıb. Bakı Dövlət Universitetinin "Mülki proses və kommersiya hüququ" kafedrasının dosentidir.

Əsmər Əliyeva 2008-ci ildə istehsalatdan ayrılmadan BDU-nun "Mülki proses, əmək və ekologiya hüququ" kafedrasının qiyabi doktoranturasına daxil olub. 27 oktyabr 2012-ci il tarixdə elmi işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Ə.Əliyeva Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və həmçinin Dövlət İqtisad Universitetinin "SABAH“ qruplarında da dərs deyir.

Ə.Əliyeva 1 dərs vəsaitinin, 1 monoqrafiyanın, 30-dan çox elmi məqalənin, 3 tədris proqramının müəllifidir.

BDU rektorunun əmri ilə 2017-ci ildə Bakı Dövlət Universitetinin ictimai həyatında fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə yanaşdığına görə “Fəxri Fərman”la təltif edilib.

Aləlidir, üc övladı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar