Türkiyə Silahlı Qüvvələrində yeni “FETÖ əməliyyatı” keçirilir

Türkiyə Silahlı Qüvvələrində FETÖ terrorçu təşkilatının gizli strukturlarına qarşı istintaq tədbirləri çərçivəsində 176 şübhəli barəsində saxlama qərarı verilib.

“Report” AA-ya istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində baş leytenant rütbəli 143 nəfər və leytenant rütbəli 33 nəfər barəsində saxlama qərarı çıxarılıb.

Ölkənin 49 əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı cəmi 115 hərbçi saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar