Hakan Fidan Moskvada Suriya kəşfiyyatının rəhbəri ilə görüşüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Suriya kəşfiyyatının rəhbəri, general-mayor Əli Məmlüklə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İdlibdə atəşkəs və YPG terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. H. Fidan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarla birlikdə həmin görüşdə iştirak etmək üçün Moskvaya səfər edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar