"Windows 7" əməliyyat sisteminin dəstəklənməsi dayandırılıb

Bu gündən ABŞ-ın “Microsoft” şirkəti “Windows 7” və “WindowsServer 2008” əməliyyat sistemlərinin dəstəklənməsini dayandırıb.

“Report” xəbər veirr ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata görə, 2009-cu il oktyabrın 22-dən istifadə edilən “Windows 7” əməliyyat sistemi bundan sonra işləsə də, yenilənməyəcək. Bu isə təhlükəsizliklə bağlı risklərə gətirib çıxara bilər.

“Microsoft” bundan sonra daha 18 ay digər məhsulu olan “Edge” brauzerinə dəstək verəcək və bu assistentlik 2021-ci il iyulun 15-də bitəcək. Bu barədə qərarı da şirkət ötən həftə qəbul edib.

“Microsoft”un müştəriləri xəbərdarlıq etdiyi kimi “Windows Server 2008”in də dəstəklənməsi bitir və şirkət tövsiyə edir ki, onlar bu serverdə olan məhsul və xidmətləri digər bir platforma olan “Azure” üzərinə köçürsünlər və bununla da əlavə ödəniş etmədən 3 illik dəstək əldə etsinlər.

Xatırladaq ki, “Microsoft” “Windows 7” əməliyyat sisteminə dəstəyin dayandırılması haqqında bildirişi abunəçilərə 2019-cu ilin aprelində göndərmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar