“O, TUALET MÖVZUSUNA DA ŞƏRH VERİR, AMMA...” – Ter-Petrosyan Paşinyandan küsüb

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanla ölkənin birinci prezidenti Levon Ter-Petrosyan arasında münasibətlərin korlanması müşahidə olunur.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı neçə illərdir bir-birini tərifləyən və dəstəkləyən bu iki şəxsin münasibətlərində son zamanlar yaranan gərginlikdən yazır.

Ermənistanın “İravnuk” qəzetinin yazdığına görə, Levon Ter-Petrosyan Paşinyandan bərk inciyib. Qəzet yazır: “Birinci prezident öz ətrafına deyib ki, Paşinyan hətta tualet mövzusunda da şərh verməyə vaxt tapır, ancaq onu təbrik etmək üçün vaxt tapa bilmir...”

Söhbət Ter-Petrosyanın yanvarın 9-na təsadüf edən 75 illik yubileyindən gedir. Paşinyanın onu ən çətin günlərdə dəstəkləyən sabiq prezidentin ad gününü rəsmən təbrik etməməsi Ter-Petrosyana pis təsir edib. Onunla müqayisədə Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan birinci prezidentə rəsmi qaydada təbrik ünvanlayıb.

Paşinyan isə Ter-Petrosyanı təbrik etməməsi bir yana, hətta birinci prezidentin yaxın adamı kimi tanınan öz mətbuat katibi Vladimir Karapetyanı da işdən qovub. Bu da olub onun Ter-Petrosyana ad günü “hədiyyəsi”. Erməni mətbuatı bu hadisələrin Ter-Petrosyan və tərəfdarları tərəfindən böyük hiddətlə qarşılandığını və tərəflər arasında münasibətlərin kəskin şəkil aldığını yazır. Birinci prezidentin tərəfdarları Paşinyanın hərəkətlərini nankorluq kimi qiymətləndiriblər. Ancaq tərəflər arasındakı narazılığın səbəbləri barədə hələ ki, hər hansı məlumata rast gəlinmir.

Xatırladaq ki, bu iki şəxsin münasibətləri çox yaxın olduğundan, hətta Ermənistanda çoxları Paşinyanı “Ter-Petrosyanın oğlu” adlandırır.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar