PUTİN HÖKUMƏTİ İSTEFAYA GÖNDƏRDİ - Tam tərkibdə

Rusiyanın baş naziri Dmitri Medvedev ölkə prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.

Rusiyanın dövlət başçısı görülən işlərə görə hökumətə təşəkkür edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə Dövlət Dumasına ölkənin baş nazirinin namizədliyini təsdiqləmək hüququnun verilməsini təklif edib.

"AzPolitika.info"nun məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər yayıb.

Rusiya lideri eyni zamanda parlamentin hökumət başçısının təklifi ilə bütün baş nazir müavinlərini və federal nazirləri təsdiqləməsini də təklif edib.

Hazırda hökumətin tərkibini təsdiqləyən Putinin fikrincə, parlament tərəfindən təsdiq edilmiş namizədləri təsdiqləməli olacaq.

Bununla yanaşı, Putin vurğulayıb ki, prezidentin etimadını itirərsə və ya vəzifələrini lazımınca yerinə yetirməzsə baş nazir, müavinləri və digər nazirləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.

635x100

Şərhlər

Kommunist 2020-01-19 06:48:30

Yeni Kreml-MDB axır ki, azad dövlət kimi Hökumətə səlahiyyətini verdi?!

yalçın 2020-01-15 17:59:38

onları rasxoda vermə.nə olur-olsun xarakterinə uyğun özünlə bağlı qərar ver..məncə bu daha yaxşıdır.

yalçın 2020-01-15 17:56:47

sağol mendel-medvedev..sən birinci oldun ən azı..

Son yazılar