PUTİN MEDVEDEVİN YERİNƏ ONU TƏYİN EDİR - Dövlət Dumasına təqdimat göndərib

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təqdim edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu baş nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin baş nazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”, - deyə mətbuat xidməti bildirib.

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.

635x100

Şərhlər

Tahir 2020-01-15 23:13:05

1999-cu ilin senarisi tərar olunur.Bu adam ya sonda prezident olacaq, ya da 1-2 ildən sonra qəflətən istefa verəcək və onun yerinə baş nazir kim olacaqsa o da Putinin varisi olacaq. Sınaqdan çıxmış variantdır.......

Son yazılar