"Təşəbbüsü Rusiya və Türkiyəyə verdik..." - Aİ diplomatiyasının başçısı

Avropa İttifaqı (Aİ) diplomatiyasının başçısı Jozep Borrel Avropa İttifaqını (Aİ) bunda günahlandırıb ki, birlik Suriyada vəziyyətin tənzimlənməsi məsələsində vasitələri məhdudlaşdırıb və təşəbbüsü Rusiya ilə Türkiyəyə verib. 

O, həm də ehtimal edib ki, Ankara və Moskva Liviyada da «Suriya ssenarisi»ni reallaşdıra bilərlər. Diplomat bunu da arzu etmir.

Aİ diplomatiyasının başçısı bildirib ki, Türkiyə və Rusiya Suriyada münaqişəni hərbi yolla həll etdilər ki, bu da Aralıq dənizinin şərq hissəsində qüvvələr nisbətini dəyişdi. O, həm də ehtimal edib ki, Rusiya və Türkiyənin iştirakı ilə analoji ssenari Liviyada da oynanıla bilər. Borrel izah edib ki, bu ölkələr Avropaya əsas qeyri-leqal miqrasiya yollarını nəzarət altına ala bilərlər – Aralıq dənizinin mərkəzi və şərqi hissəsindəki yolları.

Borrel ona da işarə vurub ki, Liviyada böhran Afrikanın Saxel bölgəsində qeyri-sabitlik yaradır, silah və döyüşçülər isə Liviyadan cənuba doğru hərəkət edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar