Bu gün Senat Trampın impiçmentinin müzakirəsinə başlayacaq

ABŞ Senatı bu gün prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamların müzakirəsinə başlayacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikaçı əksəriyyətin lideri Mitç Makkonel bildirib.

Senatda çıxış edən Makkonnell bildirib ki, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 21:00-da) Nümayəndələr Palatasından olan ittihamçıları dinləyəcəklər. Palatanın üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Həmin gün senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.

Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar