Suriya ordusu İdlibdəki hərbi əməliyyatları bərpa edib

Suriya ordusu silahlı qruplaşmaların atəşkəsi dayandırması səbəbindən cümə axşamı ölkənin şimalındakı İdlib əyalətində hərbi əməliyyatları bərpa edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sham FM” radiosu məlumat yayıb.

“Ordunun bölmələri silahlıların atəşkəs razılaşmasını pozmasına cavab olaraq İdlib vilayətinin cənub-şərqində hərbi əməliyyatları bərpa ediblər”, - məlumatda belə deyilir.

Məlumata görə, ordu göstərilən ərazidə qruplaşmaların mövqelərinə hücum etmək üçün döyüş hazırlığına başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar