“Gələcəkdə dövlət qulluğuna qəbul prosesində yeniliklər olacaq” - DİM sədri
Baxiş sayı:
Dərc olunub:
16/01/2020 - 11:41
“Gələcəkdə dövlət qulluğuna qəbul prosesində yeniliklər edilməsi nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsi başa çatandan sonra statistik təhlillər aparılacaq və nəticələri ictimaiyyətə təqdim ediləcək: “Bu təhlillərdən sonra dövlət qulluğuna qəbul prosesində yeniliklər olması nəzərdə tutulur. Həmin yeniliklər müsaqənin nəticəsi əsasında tətbiq olunacaq”.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.