Vətəndaşlara ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır
Baxiş sayı:
Dərc olunub:
16/01/2020 - 13:21
Azərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması üçün əsasnamə ən geci yaxın 1 ay ərzində hazır olacaq.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.
“Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək”, - deyə o, qeyd edib.
Nazir müavini həmçinin 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatlarının quraşdırılacağını qeyd edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.