Azərbaycanda ilk iri həcmli lüğət çap olunub- FOTO

Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsinin ən gənc professoru Anar Kərimovun Azərbaycanca-Farsca lüğəti işıq üzü görmüşdür. Lüğət Azərbaycan Şərqşünaslıq tarixində ilk iri həcmli lüğətdir.

Lüğət 1944 səhifədən ibarətdir və “Qanun” nəşriyyatında çap olunmuşdur. Lüğətə təxminən 140000 söz, söz birləşməsi və cümlə daxil edilmişdir. 

Lüğəti tərtib edərkən müəllif müxtəlif sahələrə aid lüğətlərlə yanaşı, müasir fars dilində nəşr olunan qəzet və jurnallar, müasir dövr farsdilli yazıçıların əsərlərinə də müraciət etmişdir. Lüğətdən fars dilini dərindən öyrənmək istəyən, fars dili üzrə tərcümə ilə məşğul olan hər bir şəxs istifadə edə bilər.

Qeyd edək ki, 42 yaşlı professor Anar Kərimov 2004-cü ildə filologiya üzrə fəlsəfə doktorluğu, 2010-cu ildə filologiya elmləri doktorluğu dissertasiya işlərini müdafiə etmişdir. Azərbaycanca-Farsca lüğət sayca professorun on üçüncü kitabıdır. Onun digər əsərləri ilə tanış olmaq istəyənlər aşağıdakı linkdən istifadə edə bilərlər.

http://orient.bsu.edu.az/az/content/anar_krimov_80

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar