Sarkisyanın şikayəti rədd edildi - Eks-prezidentin əmlakı, bank hesabları həbsdə qaldı

Prokurorluq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulması ilə bağlı qərardan verilmiş şikayəti rədd edib. 

Qeyd edək ki, Ermənistanın istintaq komitəsi Sarkisyanın əmlakı və bank hesablarına, cinayət işində göstərilən məbləğ həcmində həbs qoyub. Sarkisyan 1 milyon dollardan artıq dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. 

Onun vəkili Amram Makinyan prokurorluğun qərarını qanunsuz və əsassız hesab edir. “Cinayət Prosessual Məcəlləsində açıq şəkildə göstərilir ki, şəxsin əmlakına, miflər yox, cinayət işində sübutlar toplandıqda həbs qoyula bilər”, - vəkil deyib. 

Qeyd edək ki, keçmiş prezident Serj Sarkisyanın işiylə bağlı ilin əvvəllərində ilkin istintaqa başlanıb və artıq ölkədən çıxmaması ilə balı ondan yazılı iltizam alınıb. Bu işlə bağlı “Fleş” şirkətinin prezidenti Barseq Beqlaryan da məsuliyyətə cəlb olunub. Söhbət 2013-cü ildə kəndlərin yanacaqla təmin edilməsi üçün ayrılmış subsidiyaların mənimsənilməsindən gedir. Amma Sarkisyan və Beglaryan ittihamı rədd edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar