Xəlifə Haftar Berlində keçiriləcək Liviya sammitində iştirak etməyə razılıq verib

Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftar Berlində keçiriləcək Liviya sammitində iştirak etməyə razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə "Al-Hadath" saytı məlumat yayıb.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracı və Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftarı Almaniyaya dəvət edib.

Almaniya kansleri yanvarın 19-da Berlində keçiriləcək “Liviya sammiti”ndə liviyalı tərəflərin iştirak etməsini istəyib. Berlində keçiriləcək beynəlxalq konfransa Türkiyə, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, İtaliya və digər ölkələrin rəsmiləri də dəvətlidirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar