DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi sabah başa çatır
Baxiş sayı:
Dərc olunub:
16/01/2020 - 18:27
Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatır.
Bunu “Report”a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, sabah saat 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatacaq.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.