Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb - Yaralılar var
Baxiş sayı:
Dərc olunub:
17/01/2020 - 09:44
Bakıda marşrut avtobusu qəza törədib.
APA-nın məlumatına görə, Xəzər rayonu, Albalılıq qəsəbəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı mikroavtobus toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan 4 nəfər məktəbli xəstəxanaya yerləşdirilib. Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.