İranın ali rəhbəri Tehranda namaza rəhbərlik edəcək - 8 ildən sonra ilk dəfə

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei 2012-ci ildən bəri ilk dəfə namaza rəhbərlik edəcək.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, 8 illik fasilədən sonra Tehrandakı “Musallah” məscidində cümə namazı ali liderin rəhbərliyi ilə qılınacaq.

Seyid Əli Xameneinin bu addımı İranla ABŞ arasında baş verən qarşıdurma ilə əlaqələndirilir.

Xatırladaq ki, ali rəhbər sonuncu dəfə 2012-ci ilin fevral ayında İran ilə İsrail arasında baş verən gərginlikdən sonra namaza rəhbərlik etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar