Xalqdan ayrı düşən politoloq yenidən deputat olmaq istəyir?

Prezident Administrasiyasının rəsmisi Zeynal Nağdəliyevin YAP-dan olan namizədlərə “ənənəvi üsullardan istifadə olunmayacaq” mesajı bu dəfə keçirləcək seçkilərin əvvəlkilərdən fərqli olacağını ortaya qoyur.

Bu bəyanatla Zeynal Nağdəliyev hakimiyyətin açıq seçki saxtakarlığına getməyəcəyini bəyan edərərək, namizədlərin qələbəsinin özlərindən asılı olmasına işarə verib.

Bu isə o deməkdir ki, həmişə hakimiyyətin açıq dəstəyi ilə mandat alan şəxslər bu dəfə məğlubiyyətin acısını yaşayacaq.

Belələrindən biri də politoloq Rasim Musabəyovdur.

Bütün hakimiyyətlərlə münasibətlərini isti saxlayan Musabəyov bundan öz mənafeyi üçün yararlanıb. Deputat olduğu dönəmlər ərzində xalqdan ayrı düşən politoloqun üzünü seçiciləri ancaq TV ekranlarında mənasız çıxışları zamanı görüb.

Ümumiyyətlə, seçiciləri ilə ünsiyyətdən kənar duran bu adamın Milli Məclisdə hansısa problem haqqında belə danışmasına təsadüf olunmayıb.

Onun yadda qalan yeganə danışığı isə ailəsini dolandırmaq üçün yeraltı keçiddə “pop-korn” satan uşağı təhqir etməsi olub.

Ona görə də haqlı sual yaranır: hansı üzlə seçici qapsısı döyürsünüz?

Ancaq yuxarıda qeyd etdiyimiz kimi bu dəfə vəziyyət fərqlidir. Yəqin ki, səs almaq üçün Nərimanov və Nizami sakinlərinin qapısını döyən Musabəyova öz yolunu göstərəcəklər. (gununsesi.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar