"12 ton yağın saxtalaşdırılmasında günahı olanlar cəzalandırılacaqlar" - Qoşqar Təhməzli

"12 ton yağın kərə yağı adı ilə saxtalaşdırılması cinayət işidir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ümumiyyətlə belə bir əmtəə nişanı yoxdur və əmtəə nişanı özü də saxtalaşdırılıb: "Məhsulun üzərində onun kərə yağı olduğu göstərilsə də, bu, kərə yağı olmayıb. Təəssüf ki, "SN Qida Təchizat” MMC AQTA-nın sertifikatını saxtalaşdırıb və "Bizim Market"də təqdim edib. Ekspertizanın nəticələri də göstərdi ki, o, ümumiyyətlə kərə yağı deyil. Bu faktların aşkarlanması üçün sahibkarların məsuliyyəti artmalıdır". AQTA sədri eyni zamanda qeyd edib ki, faktla bağlı materiallar hazırlanaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və bu işdə günahı olan insanlar cəzalandırılacaqlar.

635x100

Şərhlər

AQAYEV 2020-01-17 20:10:43

Bu işdə səhlənkar-ğünahkarlat.QTA,KÖMRÜK,SƏRHƏD QOŞUNLARI, BAYTARLIQ KOMİTƏSİ,İİNİN NÜMAYƏNDƏLƏRİ,VERĞİ. VƏ SANİTAR NƏZARƏT TİBBİ MÜƏSİSƏSİ.

Son yazılar