Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar

Bu gün Çingiz Qənizadə günün ikinci yarısı 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan Qızılkənd, eləcə də, Göbəktala və Şahverdili kəndlərində görüşlər keçirib.

Modern.az xəbər verir ki, görüşlər zamanı Qızılkənd kəndinin sakinləri uşaq pulunun bərpa olunmasını deputatdan xahiş ediblər. Bildiriblər ki, 5 və daha çox uşağa uşaqpulunun verilməsi absurddur. Çünki Azərbaycanda 5 və daha çox uşağın olması kütləvi deyil. Kənd camaatı Rusiyanı nümunə göstərərək bizdə də 2 və daha çox uşağa uşaqpulunun verilməsini istəyiblər.

Çingiz Qənizadə Qızılkənd kəndində Qarabağ qazisinin evini ziyarət edib. Qarabağ qazisinin xəstə alə üzvü olan seçicisinin məişət şəraiti ilə tanış olub.

Daha sonra deputatlığa namizəd özü haqqında məlumat verib. Ardınca seçkilər, ölkədə aparılan iqtisadi-siyasi islahatlar və Milli Məcliskəki fəaliyyətindən danışıb.

Çıxış edən kənd camaatı Çingiz Qənizadənin fəaliyyətini yüksək qiymətləndirərək yenə də ona səs verəcəklərini bildiriblər.

635x100

Şərhlər

Qənizadəyə 2020-01-17 20:05:08

Bezdik köhnə sifətlərdən! Adamlar imza ediblər ki, biz yaxşı işləyə bilməmişək.Amma yenə namizəd olurlar...Buna nə ad verək?

Son yazılar