Bakıda 72 yaşlı kişini küçədə maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

İsmayıllı rayon sakini idarə etdiyi 99 JM 442 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobillə hərəkətdə olarkən Zərifə Əliyeva parkının qarşısında yolu keçən piyada, 1948-ci il təvəllüdlü Sədrəddinov Həsən Ələddin oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

H.Sədrəddinov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar