Gəncə sakini qaçırdığı avtomobili ağaca çırpıb
Baxiş sayı:
Dərc olunub:
17/01/2020 - 20:43
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Hərəkətdə olan “VAZ 21 099” markalı avtomaşın ağaca çırpılıb. Qəza nəticəsində 2005-ci il təvəllüdlü Ələsgərov Aqil Zahid oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
A. Ələsgərovun həmin maşını qaçırdığı bildirilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.