İranda təyyarə qəzasında həlak olanların cəsədləri yanvarın 19-da Ukraynaya təhvil veriləcək
Baxiş sayı:
Dərc olunub:
17/01/2020 - 22:32
İranda baş vermiş təyyarə faciəsində həyatını itirən ukraynalıların cəsədləri bazar günü – 19 yanvar tarixində Ukraynaya təhvil veriləcək.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Ukrayna Beynəlxalq Hava yolları” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
“Ölən ukraynalı sərnişinlər və PS752 reysinin ekipaj üzvlərinin cəsədləri 19 yanvar tarixində Ukraynaya gətiriləcək”, - deyə mətbuat xidməti “Facebook” səhifəsində qeyd edib.
Şirkət əlavə edib ki, qəza nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş mərasim Borispol beynəlxalq hava limanının terminalında baş tutacaq.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.