Zaqatalada yanıq xəsarəti alan 92 yaşlı qadın xəstəxanada dünyasını dəyişib

Zaqatalada üç gün əvvəl ağır yanıq xəsarətləri alan 92 yaşlı qadın dünyasını dəyişib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ağır yanıq xəsarətləri ilə Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alan 92 yaşlı Asiyat Məmmədova bu gün axşam saatlarında keçinib.

O, yanvarın 15-də səhər saatlarında Zaqatala şəhəri, İmam Şamil küçəsində yaşadığı fərdi evdə qaz sobasını yandırmaq istəyən zaman qəfildən baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. A.Məmmədovaya Zaqatala RMX-də ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərinə göndərilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar