Putinlə Merkel telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. Virtualaz.org bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Tərəflər Liviya böhranının nizamlanması üzrə yanvarın 19-da Berlində keçiriləcək beynəlxalq konfransla bağlı məsələləri müzakirə ediblər.

“Almaniya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası Vladimir Putinin Almaniya Federativ Respublikasının Kansleri Angela Merkellə telefon danışığı olub. Yanvarın 19-da Berlində keçiriləcək Liviya üzrə beynəlxalq konfransla bağlı müxtəlif aspektlər müzakirə olunub”, - məlumatda qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar